Anastasiya İqorevna Todorova (ukr. Анастасі́я Ігорівна Тодорова; 10 dekabr 1994 və ya 10 dekabr 1993, Belqorod-Dnestrovski, Odessa vilayəti) — Ukrayna idmançısı, kayakçı, Ukraynanın beynəlxalq idman ustası. Odessada yaşayır[1].
Anastasiya Todorova | |
---|---|
ukr. Анастасі́я Ігорівна Тодорова | |
Şəxsi məlumatlar | |
Tam adı | Anastasiya İqorevna Todorova |
Vətəndaşlığı | |
Doğum tarixi | 10 dekabr 1994 (30 yaş) və ya 10 dekabr 1993 (31 yaş) |
Doğum yeri | |
İdman növü | avarçəkmə və kanoe[d] |
Məşqçisi | Anatoli Osipenko |
Medallar |
2015-ci ildə Odessa Humanitar Universitetinin Hüquq fakültəsində oxuyurdu. Anastasiyanın digər idman hobbiləri arasında basketbol, voleybol yer alırlar, qışda isə buzüstü xokkeydir.
2015-ci ilin iyununda, ilk Avropa Oyunlarında Maria Povx ilə birlikdə kayak-cütlük növündə bürünc medalı qazandı (37,719).[2] Elə həmin il Çexiyada keçirilən Avropa çempionatında gümüş medal qazandı.
Ukrayna milli komandası ilə birlikdə 500 metrlik kayak-dördlük növündə iştirak etmək üçün 2016 Olimpiadasına getdi[3], dördüncü yeri tutdu.