Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir.
ANATOLİ KONİ | |
---|---|
Anatoli Fyodroviç Koni | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Leninqrad, SSRİ |
Dəfn yeri |
|
Fəaliyyəti | hüquqşünas, hakim, dövlət xadimi, ictimai xadim, ədib, orator, universitet müəllimi[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru.
Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".