Anatoli Yaqudayev

Anatoli Mixayloviç Yaqudayev (11 mart 1935, Mahaçqala, Dağıstan MSSR, RSFSR - 10 oktyabr 2014, Mahaçqala, Dağıstan, Rusiya Federasiyası) — Sovet və Rusiya və Dağıstan heykəltaraşı, Rusiya Federasiyasının əməkdar rəssamı (2002).

Anatoli Yaqudayev
Anatoli Mixayloviç Yaqudayev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili N.K.Rerix adına Sankt-Peterburq İncəsənət Məktəbi
Janr heykəltaraş
Mükafatları Rusiya Federasiyasının əməkdar rəssamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Mixayloviç Yaqudaev 11 mart 1935-ci ildə Mahaçqalada anadan olub.

Gələcək heykəltaraşın əcdadları Temir-Xan-Şuradan (indiki Dağıstan Respublikası, Buynaksk şəhəri) idi. Milliyətcə qumuq idi. Sadiq kommunist olan atası, 1933-cü ildə vəfat edən Xalq Maarif Komissarı Anatoli Vasilyeviç Lunaçarskinin şərəfinə oğluna Anatoli adını vermişdi.

Anatoli Yaqudayev uşaq ikən Mahaçqala Pionerlər Evindəki təsviri sənət dərnəyində müəllim Y.İ.Laşkeviçlə birlikdə və D.A.Kapanitsının rəhbərliyi altında Xalq Yaradıcılığı Evinin sənət studiyasında oxuyurdu. 1949-cu ildə məşhur sovet heykəltaraşı Mixail Anikuşinin istehsal və heykəltaraşlıq emalatxanasında işləməyə başladı. Orada o əvvəlcə şagird olaraq, sonra isə heykəltaraş-formator kimi çalışmışdır.

Yaqudayev 1953-1956-cı illərdə Sovet ordusunda xidmət edərkən ağır atletika üzrə Uzaq Şərq Hərbi Dairəsinin çempionu idi.

1963-cü ildə Serov adına Leninqrad Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini bitirib. Yaqudayev eyni ildə tək başına heykəllər yaratmağa başlamışdır. Təhsilini bitirdikdən sonra Mahaçqalaya qayıdaraq, A.Yaqudayev əsas yaradıcılıq dövrünə qədəm qoymuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Anatoli Yaqudayev 1959-cu ildən 2005-ci ilə qədər - Rusiyanın bir çox şəhərində, eləcə də MacarıstanBolqarıstanda keçirilən müxtəlif səviyyəli 36 sərginin iştirakçısı olmuşdur.

Anatoli Yaqudayev SSRİ Rəssamlar İttifaqının üzvü, Dağıstanın Əməkdar İncəsənət Xadimi, Rusiyanın Əməkdar Rəssamı fəxri adlarına malik olmuşdur. O, G.Tsadasi adına Dağıstan Respublikasının Mükafatı laureatı da olub.

Bürüncdən iki əsəri: "Filologiya elmləri doktoru Kamil Xanmurzayevin portreti" (1964) və "Balaquri" (1985) Dövlət Tretyakov qalereyasında, 27 əsəri P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyində sərgilənir.

Ustadın əsərləri Mahaçqala, Buynaksk, İzberbaş və Şevçenko şəhərlərində, Dilım, Ağvalı kəndlərində küçə və meydanları bəzəyir. Anatoli Yaqudayevin əməyindən Çirkei Su Elektrik Stansiyasının dizaynında da istifadə edilmişdir. Mahaçqalada Maksim Qorki və Buynaksk küçələrinin küncündə onun düzəltdiyi qız heykəli sevgi və xeyirxahlıq simvolu olaraq qoyulmuşdur.[1] Təəssüfki, qiymətli metaldan olan heykəl 1990-cı illərdə oğurlanmışdır.[2]

Mahaçqala şəhəri ilə qardaşlaşmış ABŞ-nin Spokane şəhərində heykəltaraşın Şeyx Şamil heykəli ucaldılıb.

  1. "Скульптура Ягудаева в Махачкале". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  2. "В Махачкале почтили память Анатолия Ягудаева". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]