Busiris (q.yun. Βουσιρίτης νομός)[1] və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"),[2] — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir.[3][4][5][6][7] Tədqiqatda bu nom adətən "L09" adlandırılır.[8]