And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma.
And böhranı | |||
---|---|---|---|
Birinci dünya müharibəsi | |||
| |||
Tarix | iyul 1917-ci il | ||
Səbəbi | Almaniyanın II Vilhelmə bağlılıq tələb etməsi | ||
Nəticəsi |
Polşa Legionu dağıdıldı Yozef Pilsudski həbs olundu |
||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi.
Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi. Bu qüvvələrin bir hissəsi İtaliya cəbhəsinə göndərildi, rütbələri və imtiyazları endirildi. Təqribən 7500 nəfər polyak əsgəri isə Polşa Köməkçi Korpusuna qoşuldu. Yozef Pilsudski və Baş Qərərgah Rəisi Kazimir Sosnkovski isə 22 iyul 1917-ci il tarixində almanlar tərəfindən həbs edilərək Maqdeburq qalasında həbs olundular.[1]