Andela Bulatoviç

Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu.[1]

Anjela Bulatoviç
Ümumi məlumatlar
Tam adı Anjela Bulatoviç
Doğum tarixi 15 yanvar 1987(1987-01-15) (36 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 175 sm
Mövqeyi back[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Anjela Bulatoviçin tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 18 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.