Anderson Arroyo Kordoba (isp. Anderson Arroyo Córdoba; 27 sentyabr 1999, Kibdo, Kolumbiya) — Liverpul klubundan icarə əsasında Malyorka klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kolumbiya futbolçusudur.
Anderson Arroyo | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Anderson Arroyo | |||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Anderson Arroyo Kordoba | ||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | Kibdo, Kolumbiya | ||||||||||||||||||||||||
Vətəndaşlığı | Kolumbiya | ||||||||||||||||||||||||
Boyu | 176 | ||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | ||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||
Klub | Malyorka | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Arroyo peşəkar karyerasına Fortaleza Sipakira klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 19 noyabr 2015-ci ildə 16 yaşı olarkən B Primyerasında Deportivo Pereyra klubuna qarşı oyunda etmişdir.[1] O, komandasının elitaya yüksəlməsində böyük pay sahibi olmuşdur. O, Mustanq Kubokunda debütünü 18 fevral 2016-cı ildə Deportivo Kali klubuna qarşı oyunda etmişdir.[2]
2018-ci ilin fevral ayında Arroyo Liverpul klubu ilə müqavilə imzalamış[3][4] və 18 aylığına Malyorka klubuna icarəyə verilmişdir.[5]
2015-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Peru[6], Uruqvay[7], Argentina[8], Ekvador[9], Paraqvay[10], Venesuela[11] və iki dəfə Braziliya[12][13] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
2017-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Paraqvay[14], Çili[15], Argentina[16], Venesuela[17], Uruqvay[18], Ekvador[19] və iki dəfə Braziliya[20][21] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.