Andre (suiti)

Andre ilə Harri Qudric (1974)

Suiti Andre (16 may 1961 - 19 iyul 1986)[1]Amerika Birləşmiş Ştatlarının Men ştatının Penobskot körfəzindəki Robinson qayası adasında tapılmış erkək adi suiti balası idi.[2]

Suiti o vaxt arborist (meşələrdə ağacları ağac mişarı ilə kəsən şəxs) və Men ştatının Rokport limanının müdiri olan Harri Qudric tərəfindən qəbul edilmişdir.[3][4] Harri suiti balasını onun dalğıc yoldaşı olacağına ümid edərək böyütmüş və gələcəkdə suitinin nəhayət vəhşi təbiətin qoynuna geri dönəcəyini gözləyirdi. Bunun əvəzinə isə Andre 1986-cı ildəki ölümünə qədər Harri ilə Rokportda qalmağı seçmişdir.[3]

Mediada və incəsənətdəki təsvirləri

[redaktə | mənbəni redaktə et]
Andrenin Rokportdakı heykəlinin yaxınlığında olan məlumat lövhəsi

Onların 25 illik münasibətləri yazılmış yüzlərlə hekayələrdə xəbər məqaləsində, bir neçə kitabda, 1994-cü ildə Paramount Pictures tərəfindən çəkilmiş bir bədii filmdə[5]PBS tərəfindən çəkilmiş bir sənədli filmdə nümayiş etdirilmişdir.[3]

Andrenin şöhrəti və populyarlığı hətta 1978-ci ildə Men ştatının Rokport limanında onun şərəfinə Ceyn Vasi tərəfindən xatirə heykəlinin ucaldılması ilə nəticələnmişdir. 2018-ci ildə isə əhəngdaşından hazırlanmış heykəlin üzü 14.000 dollara bərpa olunmuş və nəticədə heykəldəki çoxsaylı çatlar aradan qaldırılmışdır.[6] Leqesi Rokport (ing. Legacy Rockport) adlı qeyri-kommersiya təşkilatı bu məqsəd üçün 6000 dollar ayırmışdır. Qalan vəsait isə, yerli bağ klubundan gəlmiş 2500 dollar da daxil olmaqla xüsusi donorlardan təmin edilmişdir.[7]

  1. AP. "Andre the Seal Dies in Maine; Delighted Tourists for Years". The New York Times (ingilis). 21 July 1986. 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  2. "25 Years with Andre the Seal | Yankee Magazine Classic". newengland.com (ingilis). 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  3. 1 2 3 Curtis, Abigail. "PBS documentary on Andre the Seal has host family reminiscing about special bond". Bangor Daily News (August 05, 2014). September 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2014.
  4. "Andre the Seal | Penobscot Bay History Online". www.penobscotmarinemuseum.org (ingilis). 2023-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  5. Goodridge, Harry; Dietz, Lew. A seal called Andre. Praeger. 1975. ISBN 978-0-275-22000-6. 1 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2014.
  6. "Maine Town Rallies To Save Statue Of Beloved Andre The Seal". MainePublic.org (ingilis). 11 June 2018. 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  7. "Andre the Seal Statue, Rockport, Maine". RoadsideAmerica.com (ingilis). 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.