Andreev buxtası — Azov dənizi ərazisində, Taqanroq burnundan bir qədər aralıda, şəhərin ətrafında, Taqanroq metallurgiya zavodu yaxınlığında yerləşən buxta.
Andreev buxtası | |
---|---|
rus. Бухта Андреева | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Yerləşməsi | |
47°14′27″ şm. e. 38°56′10″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Taqanroq metallurgiya zavodunun buxtası, hazırda isə Andreev buxtssı kimi tanınan buxta Bolşaya Çerepaxa çayının Taqanroq körfəzinə tökdüyü lilin hesabına XIX və XX əsr[1] də meydana gəlmişdir. Əvvəllər bura Taqanroq metallurgiya zavodundan dəmir yolu gəlirdi. Havanda yüklərin yüklənməsi və boşaldılması ilə əlaqədar taxta və dəmir konstruksiyalar mövcud olmuşdur. Buxtaya iri gəmilər yan ala bilirdi. Bura əsasən Kerç dəmir yatağı və Ukrayna ərazisindən dəmir filizi gətirilir.
2015-ci ilin aprelində Andreev buxtasının adı mətbuat səhifələrinə çıxmışdır. Belə ki tikintidə kran suya aşmışdır[2]. Kranı idarə edən işçi buxtaya düşmüşdür. Ancaq xoşbəxtlikdən işçilərin elə özləri onu fxilas edərək xəstəxanaya gönrmişlər. İşçi açıq kəllə-beyin travması almışdır.
Buxtanın adı Taqanroq metallurgiya zavodunun adı ilə bağlıdır. 1930-cu illərdə zavod Andreev adına Taqanroq Dövlət metallurgiya zavodu adlanırdı. Andrev Andreeviç Andrey görkəmli partiya və dövlət xadimi olmuşdur[3].
Andreev buxtası Taqanroq burnunun şimalında, şəhərin ətrafında, Taqanroq metallurgiya zavodu yaxınlığında yerləşir. Buxtanın sahilində Sosialist küçəsi və Admiral Kreys küçələrinin birləşir.