Andreo Çex (rum. Andreo Cseh, 12 sentyabr 1895[1] – 9 mart 1979[1], Haaqa[1]) Rumıniyalı Rahib və esperant olmuşdur.
Andreo Çex | |
---|---|
Doğum tarixi | 12 sentyabr 1895[1] |
Vəfat tarixi | 9 mart 1979[1] (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | felyetonçu[d], yazıçı, katolik keşişi[d], esperantoçu, müəllim, pedaqoq |
Vikianbarda əlaqəli mediafayllar |
12 sentyabr 1895-ci ildə Rumıniyanın Luduş şəhərində anadan olmuşdur. 1910-cu ildən Esperantist, 1919-cu ildə katolik kilsədə Rahib olmuşdur. Sibiu şəhərində 1920-ci ildə məşhur Esperanto tədrisi üçün, Çex metodu hazırlamışdır. Bu münasibətlə, o, bir neçə Esperanto kursunu tədris etmək üçün Targu Mures şəhərinə dəvət olunmuşdu. Orada Kluj-Napoka şəhərinə getdi, kurslarda tədrisə başladı və Rumıniya Esperanto hərəkatını təşkil etməyə başladı. 1922-ci ilin payızında Andreo Çex, onunla Rumıniya Esperanto Mərkəzi (Esperanto-Centro Rumana) quran Henriko Fisher Qalati tərəfindən Buxarestə dəvət olundu. İki il, Esperanto təbliğ etdi və onu Buxarest və ətraf şəhərlərdə öyrətdi. 1921-ci ildən Çex, Dünya Esperanto Assosiasiyasının nümayəndəsi olmuşdur.
1924-cü ildə, Internacia Centra Komitato komitəsinin katibi oldu və Esperanto yaymaq üçün dünyanın müxtəlif ölkələrini ziyarət etdi. 1925-ci ildə Cenevrədə Dünya Esperanto Konqreslərinin, 1927-ci ildə Danziqdə və 1929-cu ildə Budapeştdə təşkilata qatıldı. 1927-ci ilin payızında Stokholmun bələdiyyə başçısı onu İsveç parlamentində, o cümlədən İsveçdəki Esperanto kursunda tədris etməyə dəvət etdi.[2]
1929-ccu ildə ilk dəfə olaraq Stokholmda tədris etdiyi kursun kitab nəşri həyata keçirildi. Sonra Andreo Çex Estoniyada, Fransa, Almaniya, Latviya, Hollandiya, Norveç, Polşa və İsveçrədə 1930-cu ildə Hollandiyada əbədi olaraq qalan Esperanto kurslarını öyrətdi. Uzun illər ərzində Çex Esperanto müəllimləri üçün beynəlxalq məktəblərə, ilk dəfə Budapeştdə (1929) və daha sonra Arnhemdə başlamışdır.
24 may 1930-cu ildə o, Yulia İsbriuker və onun həyat yoldaşı Beynəlxalq Esperanto İnstitutunu təsis etdi.[3]
1932-ci ildə 1970-ci ilə qədər nəşr olunan Esperanto La Praktiko jurnalının baş redaktoru olub. Həyatının sonunda Andreo Çex yenidən rahib oldu.
9 mart 1979-cu ildə Haaqada vəfat etdi.[4]