Esperanto (fr. esperer – ümid etmək) — 1887-ci ildə polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof tərəfindən yaradılmış beynəlxalq süni dildir. Onun 1905-ci ildə çap etdirdiyi "Fundamento de Esperanto" adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir. Özünü Dr.Esperanto deyə qələmə verən Zamenhof müxtəlif xalqlar arasındakı ünsiyyət problemini həll etməyi qarşıya məqsəd qoyaraq bu dili yaratmışdır.Günümüzdə ən populyar süni dil olmasına baxmayaraq qarşıya qoyulmuş hədəfə, yəni beynəlxalq ünsiyyət vasitəsi olma planlarına çata bilməmişdir.
Esperanto | |
---|---|
Orijinal adı | Esperanto[1] |
Tənzimləyən təşkilat | Esperanto Akademiyası |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | latın əlifbası[2] |
Dil kodları | |
QOST 7.75–97 | эсп 845 |
ISO 639-1 | eo |
ISO 639-2 | epo |
ISO 639-3 | epo |
Ethnologue | epo |
Linguasphere | 51-AAB-da |
LINGUIST List | epo |
IETF | eo |
Glottolog | espe1235 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
"Esperanto" sözü fransız dilində "ümid etmək" mənasını verən "esperer" sözündən götürülmüşdür.Kök və şəkilçiyə ayrılması "esper+ant+o" şəklindədir.Ümid edən insan mənasını ifadə edir. Əsl adı Linqvo İnternaçia olan bu dil, Zamenhofun 1887-ci ildə çap etdirdiyi "Unua Libro" kitabında özünü "Doktoro Esperanto" adlandırması ilə birlikdə dil də bu adla anılmağa başlandı.
Əslən Polşadan olan Zamenhofun yaşadığı mühitdə daha çox polyakca, rusca və yiddiş dilindən istifadə olunurdu.O, bu insanların bir-biriləri ilə gündəlik ünsiyyətini asanlaşdırmaq üçün dəyişilməz 16 əsas qanuna istinad edən, istisnasız və əksər sözlərini Avropa dillərindən alan bir dil ixtira etməyi hədəflədi.
Zamenhof kiçik yaşlarından bu planını həyata keçirmək barəsində düşünürdü.İlk vaxtlar, o, latın dili və ya yunan dilindən birini sadələşdirmək fikrində olmuşdu.Lakin, sonradan latın dilini öyrənərkən bu dilin çox qarışıq qrammatikası olduğu qənaətinə gəlmiş və tamamilə yeni bir dil yaratmağın daha məqsədəuyğun olduğunu fikirləşmişdir. İngilis dilini öyrəndiyi vaxtlar o, feilin şəxslərə görə uzlaşmasını mənasız hesab etmiş və bunlarsız qrammatikanın daha asan ola biləcəyini düşünmüşdü.Ancaq yenə də söz əzbərləməkdə bir sıra çətinliklər çəkməyə davam edirdi.Rus dili öyrənməyə başlayarkən isə bu məsələni suffiks şəkilçiləri vasitəsi ilə yeni düzəltmə söz yaradaraq minimuma endirə biləcəyini dərk etmişdi.Beləcə öz dilinin leksionunu danışanlarının sayına görə digər dil qruplarından öndə gedən Roman dilləri və German dilləri qruplarından təşkil etməyə başladı.
1881-ci ildə dildə baş verən ən böyük yeniliklərə "w" hərfinin "v" hərfi ilə əvəz olunması,cəm şəkilçisinin -es yerinə -oj olaraq dəyişdirilməsi,sözlərə təsirlik hal şəkilçisinin (l') artırılmağa başlanması,feillərdə hecanın istisna olaraq son hecaya düşməsi qaydasını dəyişdirərək sözdə bütün sözlərin bir qayda olaraq axırdan 2-ci hecaya düşməsi qaydasının təsdiq edilməsi,á, ć, é, ħ, -ó, ś, ź kimi hərflərin əlifbadan çıxarılması və feil sonluqlarının dəyişdirilməsini misal göstərmək olar.
Yazıda latın qrafikasından istifadə olunur və 28 hərfdən ibarətdir.
Hərf | Adı | IPA dəyəri | Qarşılığı | Hərf | Adı | IPA dəyəri | Qarşılığı |
---|---|---|---|---|---|---|---|
A a | a | /a/ | a | K k | ko | /k/ | k |
B b | bo | /b/ | b | L l | lo | /l/ | l |
C c | co | /t͡s/ | ts | M m | mo | /m/ | m |
Ĉ ĉ | ĉo | /tʃ/ | ç | N n | no | /n/ | n |
D d | do | /d/ | d | O o | o | /ɔ/ | o |
E e | e | /e/ | e | P p | po | /p/ | p |
F f | fo | /f/ | f | R r | ro | /r/ | r |
G g | go | /g/ | g | S s | so | /s/ | s |
Ĝ ĝ | ĝo | /dʒ/ | c | Ŝ ŝ | ŝo | /ʃ/ | ş |
H h | ho | /h/ | h | T t | to | /t/ | t |
Ĥ ĥ | ĥo | /x/ | x | U u | u | /u/ | u |
I i | i | /i/ | i | Ŭ ŭ | ŭo | /u̯/ | w |
J j | jo | /j/ | y | V v | vo | /v/ | v |
Ĵ ĵ | ĵo | /ʒ/ | j | Z z | zo | /z/ | z |
Müasir Esperanto dilində "Ĥ" hərfi çox az hallarda işlənir.Bir sıra avropa dilləri ləhçəsində tələffüz oluna bilməməsi sonradan bu hərfin "k" və ya "h" hərfləri ilə dəyişdirilməsi ilə nəticələndi."Ŭ" hərfi əsasən samitdən öncə işlənir və sözün əvvəilndə işlənmir.Hərfin öz adı olan ŭo və təəccüb nidası kimi işlənən ŭa sözləri nitq istisnalarıdır.
Əlifbada Q,X,W və Y kimi standard latın hərfləri yoxdur.
ĉ, ĝ, ĥ, ĵ, ŝ və ŭ kimi hərflər bəzi klaviyaturalarda olmadığından, bu cür hallarda yazışmalarda həmin hərflərin yerinə müvafiq olaraq "ch","gh"."hh","jh","sh" və sadəcə "u" hərf birləşmələrini yazmaq qəbul olunmuşdur.Ümumilikdə bu sistem "H yazı sistemi" adlanır.Bundan əlavə günümüzdə böyük sıxlıqla istifadə olunan "X yazı sistemi" də mövcuddur ki, bu da həmin hərflərin sonuna "X" hərfinin yazılması ilə bağlıdır.
Bu dildə olan bütün sözlərdə, istisnasız olaraq, vurğu sondan ikinci heca üzərinə düşür.Bəzi şeir və mahnılarda nitqi ifadəli etmək üçün "O" isim düzəldən suffiksi atıla bilər.Yazıda aydın ifadə olunsun deyə həmin hərf yerinə apostrof işarəsi qoyulur.
Bəzi istisnalar nəzərə alınmasa, dildəki bütün sözlərin hansı nitq hissəsinə mənsub olmasını son hərfə baxaraq müəyyən etmək olur.
Son hərf | Nitq hissəsi | Nümunə | Dilimizdə qarşılığı |
---|---|---|---|
o | isim | rapido | sürət |
a | sifət | rapida | sürətli |
e | zərf | rapide | sürətlə |
i | feil | rapidi | sürətlən |
Esperanto digər dillər ilə müqayisədə daha az söz leksionuna sahibdir.Lakin dildə olan kök sözlərdən yeni mənalə söz düzəltmək mümkündür.Terminlər ilə birlikdə Esperanto dilində təxminən 15 min söz olduğu güman edilir.
Esperanto dilinin əsasları bunlardır.
Bu dildə la müəyyən artikl kimi işlənir.Bu sözün dilimizdə tam qarşılığı yoxdur.Əvvəlcədən bəhsi keçilən və ya dinləyiciyə məlum olan obyekti təyin etmək funksiyası daşıyır.İngilis dilində istifadə olunan the artiklı ilə eyni vəzifəni icra edir.Həm cəm, həm də tək isimlərlə işlənmə xüsusiyyətinə malikdir.
İnfano kuras en ĝardeno. (Bir uşaq hər hansı bir bağçada qaçır.) Uşağın kim olduğu və hansı bağçada qaçdığı məlum deyil La infano kuras en ĝardeno (Uşaq hər hansı bir bağçada qaçır) Uşağın kim olduğu məlumdur,amma onun hansı bağçada qaçdığı məlum deyil La infano kuras en la ĝardeno (Uşaq həmin bağçada qaçır) Uşağın kimliyi və bağça məlumdur
Bu dildə söz sıralaması qaydası, əsasən, "Mübtəda => Xəbər =>" Tamalıq şəklindədir.Bununla belə, söz sırasının pozulması hallarında tez-tez rast gəlinir.Bu halda mənada kəskin bir fərq yaranmır.
İsimlərin sonuna "-J" suffiksini artırmaqla cəm şəkli formalaşdırılır.Bu zaman həmin ismi təyin edən sifət də cəmlənir.İsmə aid olan sifətin yeri sərbəstdir.Yəni, təyin etdiyi obyektdən öncə və ya sonra gəlməsi cümlədə məna fərqi yaratmaz.
alta virino — uzun qadın altaj virinoj — uzun qadınlar
Bundan əlavə, Esperanto dilində əksər dillərə yad olan təsirlik hal da mövcuddur.Bunun üçün ismə və ona aid olan sifətə (və ya saya) "-n" suffiksini artırmaq kifayətdir.Cəm halında təsirli isimlər əvvəl cəm,sonra isə təsirlik hal suffiksini götürür.
Mi farbis la ruĝan pordon. (Mən qırmızı qapını rənglədim) Mi farbis la ruĝajn pordojn. (Mən qırmızı qapıları rənglədim) Min farbis la ruĝa pordo. (Qırmızı qapı məni rənglədi) və yaxud (Mən qırmızı qapı tərəfindən rəngləndim) La ruĝan pordon farbis mi. (Qırmızı qapı mənim tərəfimdən rəngləndi)
9 şəxs əvəzliyi vardır.Üçüncü şəxsdə cinsiyyət fərqi zamanı cəm halda eyni şəxs əvəzliyi işlənir.
Mənası | Əvəzliklər |
---|---|
Mən | mi |
Sən, Siz | vi |
O (kişi) | li |
O (qadın) | ŝi |
O (orta) | ĝi |
Biz | ni |
Onlar | ili |
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |