Andrey Fayt

Andrey Andreyeviç Fayt (16 (29) avqust 1903, Nijni Novqorod16 yanvar 1976, Moskva) — SSRİ aktyoru.

ANDREY FAYT
Doğum tarixi
Doğum yeri Nijni Novqorod, Rusiya imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri SSRİ SSRİ
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1924-cü ildən
Təhsili
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0265785

Andrey Andreyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. 1812-ci ildə Rusiyaya köçmüş alman tacir ailəsinin üzvüdür. Onun atası Andrey Feyt həkim olub, siyasətlə də fəal məşğul olub, eserlərin Kommunist Partiyasının üzvü olub, bir neçə dəfə həbs edilərək Şərqi Sibirə göndərilib. Andrey Faytın atası 1905-ci ildə öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığındakı ruslar üçün olan düşərgədə yaşayıblar, balaca Andrey orada liseydə oxuyub.

Sonradan anası uşaqları ilə birgə Moskvaya qayıdıb, bir qədər keçmiş ataları da onların yanına gəlib. Andrey Fayt "Ke-Ke-Si" adlanan dram dərnəyinə gedib. Həmin dərnəyin təşkilatçılarının beşi də şeir yazır, rəsm çəkir, aktyorluq edirdilər. Andrey isə təkcə musiqi yazırdı.

Andrey Fayt Rusiyada Hava-Dəniz Qüvvələrinin nəzdindəki Mühəndislik İnstitutunda oxuyub. 1927-ci ildə Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, teatr studiyasında kino aktyoru işləyib.

Kinoya ilk dəfə 1924-cü ildə "Göyərçinlərin evi" filmində çəkilib.

Fayt hələ gəncliyində "Hərarətli şəlalə" şeirlər kitabını nəşr etdirib. Aleşa Maslennikovun "Böyük Degeneratovların nicatı" pyesinin tamaşaya qoyulmasından sonra aktyor olacağı ilə bağlı qəti qərar verib.

O, "sovet kinosunun başlıca cinayətkarı" kimi yadda qalıb, təkrarolunmaz müxtəlif cinayətkar obrazlarını yaradıb, bunların arasında xarici agentlərdən tutmuş zalım cadugərlər də olub.

Andrey Fayt iki dəfə evlənib. O, 1928-ci ildən 1930-cu ilədək artist Qalina Kravçenko ilə evli olub. İkinci arvadı Mariya Brilinqdən kinorejissor olan oğlu Yuli dünyaya gəlib.

Aktyor 72 yaşında, 16 yanvar 1976-cı ildə vəfat edib.

  1. Gənc qvardiya (film, 1948)
  2. Uzaq sahillərdə (film, 1958)
  3. Bir qalanın sirri (film, 1959)
  4. Brilyant əl (film, 1968)
  • Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.