Andrey Nişşenko (tam adı: Andrey Aleksandroviç Nişşenko; 6 may 1972, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Andrey Nişşenko | |
---|---|
Andrey Aleksandroviç Nişşenko | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (17 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Atası | Aleksandr |
Anası | Aleksandra |
Milliyyəti | rus |
1972-ci il mayın 6-da Bakıda anadan olmuşdur. Milliyyəti rusdur. 175 nömrəli tam orta məktəbi bitirmişdir. Qanlı Yanvar öncəsi 2 nömrəli Dəmiryol məktəbinin 3-cü kursunda oxuyurdu.
Həmin gün Andreylə bir yerdə olmuş dostu Fuad Babayevin dedikləri:[2]
Təxminən gecə saat 01 radələrində "Xəzər" kinoteatrının yanında gəzişirdik. Bizim ev buraya yaxındır. Bir də gördük ki, tanklar gəlir. Düzü heç qorxmadıq, axı tanklar bizimki idi. Biz yanılmışdıq. Yaxınlaşanda bizim tanklar bizi atəşə tutmağa başladı. Biz qaçmağa üz qoyduq. Bu vaxt mən ayağımdan yaralandım. Andrey isə qaçdı. Mən elə bildim ki, o qaçıb canını qurtara bilib. Amma yox... Sonra məni, tanımadığım adamlar xəstəxanaya apardı. Sabahısı gün öyrəndim ki, əsgərlər onu süngü ilə vurublar. Onun boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir. |
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı, B. Bağırova küçəsi 7, ev 37.
Məzunu olduğu 175 nömrəli tam orta məktəbdə xatirə lövhəsi var.