Andrey Urqant (rus. Андрей Ургант; 28 noyabr 1956, Leninqrad) — sovet və rus aktyoru, teleaparıcı, şoumen.[1]
Andrey Urqant | |
---|---|
rus. Андрей Ургант | |
Doğum adı | Андрей Львович Милиндер |
Doğum tarixi | |
Doğum yeri | Leninqrad, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | aktyor, teleaparıcı |
Fəaliyyət illəri | 1977— |
Təhsili | |
İstiqamət | kino, teatr, televiziya |
IMDb | ID0881864 |
Andreyurgant.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Andrey Urqant 1956-cı ildə aktyorlar Lev Milinder və Nina Urqantın ailəsində anadan olub. Teleaparıcı və aktyor İvan Urqantın atasıdır. Aktyor haqqında "Moskovskiy komsomoleç" qəzetində yazılan məqalədə Urqant soyadının eston mənşəli olduğu bildirilir,[2] eyni məlumatı "Arqumentı i faktı" qəzeti də dərc edib.[3]
1977-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.[1]
1977-1979-cu illərdə V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləyib.[1] 1979-1981-ci illərdə orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Lenin komsomolu adına Leninqrad teatrına qəbul olunur və burada yeddi il işləyir.[1]
Andrey Urqant 1982-ci ildən filmlərdə çəkilir.[4] Aktyorun kinoda ilk əhəmiyyətli rolu, rejissor Yuriy Maminin 1993-cü ildə çəkdiyi iki seriyalı "Parisə pəncərə" (Rusiya-Fransa, 1993) filmində olmuşdur.[4] Film keçmiş SSRİ ərazisində və ABŞ-da nümayiş etdirilmiş və yetərincə uğur qazanmışdır.
Urqant uzun müddət Sankt-Peterburq televiziyasında çalışıb. Artistin iştirakı ilə "Qızıl Ostap" və "On İki" proqramları efirə çıxırdı. Andrey Urqant on il "Pyatıy kanal"da yayımlanan — "Moxovoyda görüşlər" televerilişinin aparıcısı olub.[4]