Andris Ambaynis

Andris Ambaynis (latış. Andris Ambainis‎; 18 yanvar 1975, Dauqavpils) — Latviya informatiki, kvant məlumatkvant hesablama sahələrində ixtisaslaşmış kompüter elmləri alimi.[1] Professor, Latviya Elmlər Akademiyasının üzvü,[2] Latviya Elmlər Akademiyasının "Böyük medalı" laureatı (2013).

Andris Ambaynis
latış. Andris Ambainis
Doğum tarixi 18 yanvar 1975(1975-01-18) (49 yaş)
Doğum yeri
Elm sahələri quantum information science, kvant mexanikası, riyaziyyat, informatika, kvant fizikası
Elmi dərəcələri
Elmi adı
İş yerləri
Təhsili
Elmi rəhbərləri Rusinş Martınş[d]
Üzvlüyü
Mükafatları "Etiraf" xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili və karyerası

[redaktə | mənbəni redaktə et]

18 yanvar 1975-ci ildə Dauqavpilsdə anadan olub. Atası Dauqavpils kimyəvi lif zavodunun uzunmüddətli rəhbəri olmuşdur. Uşaqlıqdan Andris riyaziyyatı ilə maraqlanırdı və riyazi olimpiadalarda iştirak edirdi, professor Aqnis Amcans onun müəllimi olmuşdur.[3] 1991-ci ildə SSRİ milli komandasının tərkibində Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi oldu və qızıl medal qazandı.[4] 12 saylı Dauqavpils məktəbini bitirmişdir.[3] 1992-ci ildə Latviya Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil olmuş, bakalavr (1996), magistr (1997) dərəcələrini və kompüter elmləri doktoru (1997) adını almışdır. 1997-ci ildə Berkli Kaliforniya Universitetində doktoranturaya qəbul aldı və burada kvant hesablama ilə tanış oldu.[3] 2001-ci ildə Berklidə fəlsəfə doktoru dərəcəsini aldı.[1]

Ambaynis 22 yaşında ABŞ-yə getdi.[3] O, Prinstondaki Perspektiv Tədqiqatlar İnstitutunda (2003-cü ilə qədər) və Vaterloo Universiteti nəzdində Kvant Hesablama İnstitutunda (2004–2007-ci illərdə dosent) işləmişdir.[3] 2007-ci ildən Latviya Universitetinin İnformatika kafedrasının müəllimi olmuşdur.[1]

2007-ci ildə Latviya Elmlər Akademiyasının ən gənc üzvü oldu.[3]

Elmə töhfəsi

[redaktə | mənbəni redaktə et]

O, məlumatlarının kvant səviyyəsində işlənməsi və kvant mexanikasının əsasları kimi sahələrin inkişafına böyük töhfə vermişdir, kvant dolaşması və kvant mürəkkəbliyi nəzəriyyəsi haqqında əsərləri nəşr etmişdir. 2012-ci ildə Vyaçeslav Kaşeyev, Aleksandr Belov və Yana Timoşenkonun (Latviya Universitetinin alimləri) daxil olduğu qrup ilə Ambaynis yeni kvant alqoritmi metodunu kəşf etdi və nanoelektronikada yeni kvant interferensiyası tətbiqini inkişaf etdirdi.[5] 2017-ci ildə fizika və kimya simulyasiyası üçün kvant kompüteri üstündə işlədiyini söylədi.[3] 2018-ci ildə Beynəlxalq Riyaziyyatçılar Konqresində qonaq məruzəçi qismində dəvət aldı.[4]

  • Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi və qızıl medalçısı (1991)
  • Sloun stipendiyaçısı[6]
  • Kompüter elmləri üzrə Eyjen Arinş mükafatının laureatı (2012)[3]
  • Latviya Elmlər Akademiyasının "Böyük medalının" laureatı (2013)[3]
  • Latviyada 2016-cı il Avropa adamı[7]
  • 3-cü dərəcəli Tanıma Xaçı (2017)[3]

Elmi karyeradan kənarda

[redaktə | mənbəni redaktə et]

İstiqamətləndirmə idmanı və elmi fantastika ilə maraqlanır.[3]

  1. 1 2 3 "Profili" (ingilis). Latviya Elmlər Akademiyası. 2004-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  2. "Лекции профессора Андриса Амбайниса в КФУ". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 "Квантовая физика – реальность, в которой используются фантастические термины — ученый" (rus). lsm.lv. 2019-01-29. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  4. 1 2 MMO saytında profili Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine (ing.)
  5. Богдан Стогний. "10 достижений латвийской науки в XXI веке" (rus). Granite of Science. 2020-05-29. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  6. Fellowship Awarded to IQC Professor Andris Ambainis
  7. "В Латвии выбрали "Человека Европы-2016"" (rus). Sputnik Латвия. 2016-12-30. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]