Kvant kompüteri

Kvant kompüterinin əsas bloku

Kvant kompüteri (ing. quantum computer, ru. квантовый компьютер) – kvant mexanikası əsasında işləyən hesablama qurğusu. Kvant kompüteri klassik mexanikaya əsaslanan klassik kompüterlərdən prinsip etibarilə fərqlənir. Tam miqyaslı kvant kompüteri hələlik hipotetik qurğudur. Onun qurulması kvant mexanikasının çoxlu zərrəciklər sahəsində ciddi inkişafı və mürəkkəb eksperimentlərlə bağlıdır. Məhdud (128 kubit’ədək) kvant kompüterləri artıq qurulub.

Klassik kompyuterlərin yaddaşı bitlərdən təşkil olunur. Hər bir bit 1 və ya 0 qiyməti alır. Kvant kompyuterləri isə məlumatı qubitlər vasitəsilə (“quantum bits”) emal edir.