Anemone albana var. andina

Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 

Alban güləbətini
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Pulsatilla albana

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyul aylarına təsadüf edir. Yuxarı dağ qurşaqlarında, əhəngli, çınqıllı-daşlı, daş yamaclarında və çəmənliklərdə rast gəlinir. Dekorativdir. Zəhərli bitki olduğundan mal-qara tərəfindən yeyilmir.

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillərin təsirinə baxmayaraq populyasiya hal-hazırda sabitdir, yalnız areallarının qismən daralması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Sistemsiz otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, ekstremal iqlim şəraiti olan ərazilərdə yayılıb.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Anemone albana Steven

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Anemone albana subsp. andina (Rupr.) N.Busch
  • Anemone albana f. angustisecta N.Busch
  • Anemone albana var. andina (Rupr.) Smirn.
  • Anemone albana subsp. flavescens (Regel & Tiling) N.Busch
  • Anemone albana var. flavescens (Regel & Tiling) Smirn.
  • Pulsatilla albana var. andina Rupr.
  • Pulsatilla albana subsp. andina (Rupr.) Zämelis
  • Pulsatilla albana f. angustisecta (N.Busch) Grossh.
  • Pulsatilla albana var. caerulea Regel
  • Pulsatilla albana var. flavescens Regel & Tiling
  • Pulsatilla albana subsp. flavescens (Regel & Tiling) Zämelis & Paegle
  • Pulsatilla albana var. pallida Regel & Tiling
  • Pulsatilla andina (Rupr.) Grossh.