Angeln

Angeln yarımadası (alm. Angeln‎, dan. Angel, lat. Anglia) — Yutlandiyanın şərqində yerləşən yarımada. Şimaldan Flensburq, cənubdan Şley fiordları ilə əhatələnir. Müasir Almaniyanın şimal-şərqində yerləşən Şlezviq-Holşteyn vilayətinə daxildir.

Angeln yarımadası
Yerləşməsi
54°40′00″ şm. e. 9°40′00″ ş. u.HGYO
Akvatoriya Baltik dənizi
Ölkə  Almaniya
Angeln yarımadası xəritədə
Angeln yarımadası
Angeln yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anqlların ehtimal edilən tarixi vətənidir. Xalqların böyük köçü dövründə, III əsrdən başlayaraq V əsrin ortalarına kimi qonşu alman tayfaları sakslar, yutlar, frizlər o zaman əsasən xristianlaşdırılmış Roma kelt qəbilələri ilə birlikdə Böyük Britaniya adalarına köçürüldülər. Yerli əhalini sıxışdıran anqllar orada üç krallıq yaratdı: şimali anql — Nortumbriya, orta anql — Mersiya və Şərqi İngiltərə. Eramızın VII—X əsrlərində anqllar və sakslar vahid anqlosaks adı altında müasir ingilis millətini əmələ gətirmişdir.

Şimaldan Danimarka ilə sərhədlənir. Relyefi buzlaq dövrünə auid moren təpələrdən ibarətdir. Ərazidə əsasən fıstıq meşələri ilə örtülmüşdür.

Yarımada ərazisində kənd təsərrüfatı yayılmışdır. Əsasən ev donuzu və anqler cinsi inəklər saxlanılır.