Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür.[1]
Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.[2]
Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur.
Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.[3]
Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.[4]