Anizofilliya

Anizofilliya (yun. άνισος – qeyri-bərabər və φύλλον – yarpaq) – üfüqi və köndələn zoğlar və ya zoğun düyünündə yerləşən yarpaqların forma, ölçü və quruluşca fərqlənməsi. Adətən, zoğun aşağı hissəsindəki yarpaqlara nisbətən yuxarı yarpaqlar kiçik olur. Anizofilliya bəzi mamırlara, plaunlara, selaginellalara, çılpaq və çiçəkli bitkilərə xasdır. Ehtimala görə ağırlıq qüvvəsinin təsiri, bir tərəfli işıqlanma və yaxud qida maddələrinin daxilolma intensivliyi anizofilliyaya səbəb olur.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 503. ISBN 978-9952-441-02-4.