Anizotropiya (yun. άνισος – qeyri-bərabər + τρόπος – istiqamət), – süxurlar və mineralların fiziki xassələrinin (mexaniki, istilik, elektrik, maqnit, optik) kəmiyyət göstəricilərinin istiqmətdən asılı olaraq dəyişilməsi. Təbəqələri və ya mineral dənələri müxtəlif fiziki xassəyə malik olan laylı və həmçinin qeyri-bərabər strukturlu süxurlarda müşahi də olunur. Anizotropiya kristalların ən səciyyəvi xüsusiyyətidir və onların simmetriyası ilə əlaqədardır. Eyni zamanda kristalların bütün fiziki xassələri anizotropluğa malik deyildir: məs., onların sıxlığı, xüsusi istilik tutumu istiqamətdən asılı deyil. Kristalların anizotropiyası onların sərtliyi, elastikliyi, hissəciklərinin nizamlı yerləşməsi, qonşu his səciklər arasında məsafənin və deməli əlaqə qüvvəsinin müxtəlif istiqamətlərdə fərqli olması, maye kristallarda isə asimmetriya və elecə də molekulların müəyyən istiqamətdə səmtlənməsi ilə əlaqədardır.
Kristalların fiziki xassələrinin bir qismi istiqamətdən asılı ola, bəziləri isə olmaya bilər: məs., kubik sinqoniya kristallarında elektrik keçiriciliyi, sındırma əmsalı və s. is tiqamətdən asılı deyil, elastiklik, fotoelastiklik və s. isə istiqamətdən asılıdır. Süxur kütlələrinin anizotropiyası tektonik çatlarla ayrılmış struktur vahidlərin nizamlı yatımı, laylılığı və ya nizamlı çatlılığı ilə müəyyən olunur. A.-sı. A. müxtəlif istiqamətlərdə müxtəlif sərtliyə (kianit, almaz), pleoxroizmə, ayrılmaya, ikiqat şüasındırmaya xassəyə malik bir sıra mineralların diaqnostik əlaməti rolunu oynayır. Mühitin fiziki xassələrinin anizotropiyası onun dinamikası, strukturu, tərkibi və gərginliyinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.