Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[2][3][…], Suvalki, Belostok voyevodluğu[d][2][4][…] – 9 oktyabr 2016[5][3][…], Varşava[6]) — Polşanın tanınmış kino və teatr rejissoru.
ANJE VAYDA | |
---|---|
pol. Andrzej Wajda | |
Doğum tarixi | |
Doğum yeri | Suvalki, Polşa |
Vəfat tarixi | (90 yaşında) (90 yaşında) |
Vəfat yeri | Varşava, Polşa |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1951-bu günə qədər |
Üzvlüyü |
|
Mükafatları |
|
IMDb | ID0906667 |
wajda.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi.
O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır. Lakin kursu qurtarmayaraq Lodz kino məktəbinin rejissorluq kursuna daxil olmuşdur.
Anje Vayda təhsil aldığı illərdə Aleksandr Fordun filmində ikinci rejissor kimi çalışır. 1954-cü ildə kino məktəbindəki təhsilini uğurla başa vuran Vayda "Nəsil" filmilə öz debüt işini ortaya qoyur[7].
Anje Vaydanın daha geniş tanınması "Kanal" filmindən sonra baş verdi. Bu film bir çox mükafatlara layiq görüldü. Hətta bu ekran işi 1957-ci ildə nüfuzlu Kann Beynəlxalq kinofestivalında xüsusi mükafat qazanır. Bu filmin ardınca çəkdiyi "Kül və almaz" filmi həmin dövrün ən uğurlu lentlərindən sayılırdı. Bu film yazıçı Yeji Anceyevskinin romanı əsasında çəkilmişdir. Bundan sonra da Anje Vayda öz filmlərində müharibə mövzusunu davam etdirir.
Komediya janrı Anje Vayda yaradıcılığına o qədər də yaxın deyildi. Lakin rejissor "Günahsız sehrbazlar" və "Milçək ovu" adlı iki filmində bu janra da toxunmuşdur.
Anje Vayda 1987-ci ildə Kioto mükafatını qazandıqdan sonra o, bütün məbləği Krakovda yapon incəsənəti muzeyinə xərcləməyi qərara alır. Bu layihəni yapon memarı Arata İsodzaki pulsuz hazırlayır. Adı çəkilən bu muzey 30 noyabr 1994-cü ildən açıq elan edilmişdir.
10 avqust 2010-cu ildə mədəniyyət sahəsində rus-polyak münasibətlərinin inkişafında böyük əməyinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur[8].
Böyük rejissor 9 oktyabr 2016-cı ildə 90 yaşında Varşavada vəfat edib.[9]