Anjelika Savrayuk

Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin2012 London Olimpiadalarında təmsil etdi.

Anjelika Savrayuk
ukr. Анжеліка Вікторівна Савраюк
it. Anželika Savrajuk
Anjelika Savrayuk 2012-ci ildə
Şəxsi məlumatlar
Vətəndaşlığı İtaliya İtaliya
Doğum tarixi (34 yaş)
Doğum yeri
Boyu 175 sm[1]
Çəkisi 55 kq[1]
İdman növü Bədii gimnastika

Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa SantoniElisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.

Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa BlançiAndreyea Stefanesku ilə birgə gümüş medal qazandı.