Anjelo Skyavio

Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905[1], Boloniya17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub .

Anjelo Skyavio
it. Angelo Schiavio
Ümumi məlumatlar
Doğum tarixi 15 oktyabr 1905(1905-10-15)[1]
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 1990(1990-09-17) (85 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 178 sm
Çəkisi 69 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur. "Bolonya" 1928/29 mövsumundə ikinci titulunu qazanır və Anjelo Skyavio 26 oyunda 30 qol vurur.

1929-cu ildə A Seriyası yaranır. Anjelo Skyavio A Seriyasındakı ilk oyununu 6 oktyabr 1929-cu ildə, komandasının 3–0 məğlub olduğu "Latsio" klubu ilə səfər oyununda oynayır. İlk qolunu isə 13 noyabrda A Seriyasında "Triestina" ilə ev matçında vurur.

1931/32 mövsümündə 25 qol vurur və ölkə çempionatının bombardiri olur.

Anjelo Skyavio üçün son mövsüm cəmi 6 oyun keçirdiyi və bir qol da vurmadığı 1938/39 mövsümü olur.

Ümumilikdə, Anjelo Skyavio "Bolonya"da 15 mövsüm oynayır və klub üçün rekord sayda — 244 qol vurur.

İtaliya millisi

[redaktə | mənbəni redaktə et]

İtaliya milli komandasında Anjelo Skyavio 20 yaşında olarkən 1925-ci ildə debüt edib.

Ümumilikdə, Anjelo Skyavio millidə 21 görüşdə 15 qol vurub.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Anjelo Skyavio 1934 Dünya Kuboku finalında İtaliya millisinin qələbə qolunu vurub. Bu həm də Anjelo Skyavionun millidəki son qolu olur
  • 1934 Dünya Kuboku da, Amerika Birləşmiş Ştatları milli komandası ilə İtaliya millisinin 7–1 hesabı qalib gəldiyi oyunda futbolçu Dünya çempionatları tarixinin yüzüncü qolunu vurur.
  1. 1 2 Angelo Schiavio // FBref.com (çd.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]