Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir.[1] 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur.[2]
Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi | |
---|---|
Dövlət tədqiqat universitetinin fakültəsi | |
|
|
Yaradılma tarixi | 1842 |
Dekan | Prof.Dr. Ender Yarsan |
Yerləşməsi | |
39°57′27″ şm. e. 32°51′43″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Ankara |
Digər məlumatlar | |
Sayt | veterinary.ankara.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır.[3] Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir.[4] Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır.[5] 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.[6]
Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.[7]
Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir.[8]
Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.[9]
Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir. Xəstəxana ildə təxminən 40000 xırda və iri heyvana xidmət göstərir.[10]
2013-cü ildə fakültə binasında Baytarlıq Anatomiyası Muzeyi açılmışdır. Muzeydə 1933-cü ildən etibarən təhsil və sərgiləmə məqsədilə toplanmış müxtəlif nümunələr nümayiş etdirilir.
Ankara Universitetinin “Baytarlıq Jurnalı” 1954-cü ildən etibarən rüblük nəşr olunmaqdadır. Jurnalda baytarlıq, heyvan elmləri və zoologiya ilə bağlı mövzularda məqalələr dərc olunmaqdadır. Jurnal 2007-ci ilin aprel ayından etibarən SCIE- Genişləndirilmiş Elmi Sitatlaşma İndeksinə daxil edilmişdir.