2022-ci il Ankara daşqını — 7 iyun 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada başlayan daşqın.[1][2] Güclü yağışdan sonra baş verən seldə ümumilikdə 5 nəfər həlak olmuşdur.[3]
Ankara daşqını | |
---|---|
Başlama tarixi | 7 iyun 2022 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
7 iyun 2022-ci ildə başlayan şiddətli yağış və doludan sonra Ankarada daşqınlar baş vermişdir.[1] Bir çox ev və iş yerləri su altında qalmış, avtomobillər yollarda ilişmişdir.[4] Buna görə Ankara valisi Vasip Şahin Ankarada təhsil prosesinin bir günlük dayandırıldığını açıqlamışdır.[5]
13 iyun 2022-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu və Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyə sədri Mansur Yavaş ilə təbii fəlakətlə bağlı görüş keçirmişdir.[6] Daşqınlar Ankara Böyükşəhər Bələdiyyəsi məclisində müzakirə mövzusu olmuşdur.[7]
1 iyul 2022-ci ildə Ankara Böyükşəhər Bələdiyyəsi 1 saatda orta hesabla 20 kq yağıntı aldıqlarını, 15 xilasetmə halının olduğunu və 1,024 hadisəyə müdaxilə etdiklərini açıqlamışdır.[8]
İyunun 7-dən iyulun 2-dək baş verən daşqınlar nəticəsində ümumilikdə 5 nəfər həlak olmuşdur.[3][9]
Daşqınların abadlıq işlərinin sıxlığından və dərələrin üstünün plansız bağlanmasından qaynaqlandığı iddia edilmişdir. Abadlıq işləri üçün açılan dərələrin hər güclü yağışda daşqınlara səbəb olduğu diqqətə çatdırılmışdır.[10][11][12]