Ankhe

Ankhe (vyet. An Khê) — Vyetnamın Zyalay vilayətində şəhər, birinci dərəcəli inzibati bölgü. Əhalisi 63,118 nəfərdir.[1]

Ankhe
13°57′11″ şm. e. 108°39′25″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 199 km²
Xəritəni göstər/gizlə
Ankhe xəritədə
Ankhe
Ankhe

Sahildəki Kuinyon və Mərkəzi dağlıqdakı Pleyku arasında mühüm QL-19 magistral yolu üzərində yerləşən Ankhe Vyetnam müharibəsi zamanı strateji əhəmiyyətə malik idi.

1965-ci ilin avqustunda ABŞ-nin 1-ci süvari diviziyası Ankhe yaxınlığında Kemp Redkliff bazasını qurmuşdu. Həmin ilin sentyabrında şəhərdən 30 km aralıda Annin döyüşü baş vermişdi. Kemp Redkliff 1970-ci ilin sonuna qədər ABŞ ordusunun müxtəlif bölmələri tərəfindən istifadə edilmiş, sonra Vyetnam Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.

  1. "Districts of Vietnam". Statoids. 1 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]