Ankuva (Assur dilində: Amkuva) və ya Hanikuil[1] - antik Hett yaşayış məntəqəsi.
Zippalandanın cənubunda yerləşir. Bəzi mənbələrə görə Ankuva Taha allahı ilə əlaqədar keçirilən dini mərasim yürüşlərinin keçirildiyi yer olmuşdur.
Ankuva şəhərinin Kattaha və ya Hanikkun tanrılarına sitayiş edilən müqəddəs məkan olduğu da iddia olunur. Kayseridə aşkar olunmuş Kültəpə adlı arxeoloji abidədə tapılmış bir Aşşur mətninə görə Ankuva şəhəri Sinhuttum və Kapitra əhalisi ilə birləşərək Hattilərə (bəzi türk mənbələrinə görə Hattilər və hetlər qohum xalqlardır) qarşı üsyan etmişlər.
Bu şəhərin harada yerləşməsi haqqında məlumatlar mübahisəlidir. R.L Gornu Ankuvanın Yozğadda yerləşən Alişar ilinin şimalında aşkar edilmiş Alişar təpəsi arxeoloji abidəsi,[1] M.Popko isə Alaca təpəsindən 10 km cənub-qərbdəki Əskiyarıq olduğunu iddia etmişlər.[2]. Alişar təpəsindən 13 km şimal-qərbdə yerləşən Çadır təpəsində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin tədqiqindən sonra Ankuvanın burada yerləşməsi barədə də iddialar meydana çıxmışdır.