Anna (film, 2019)

Anna (ukr. Анна) — Londonda yaşayan israilli kinorejissor Dekel Berensonun rejissorluğu ilə çəkilmiş qısametrajlı film.[1] Bu, 15 dəqiqəlik film Ukraynada evə aparmağa qadın partnyor axtaran əcnəbi kişilər üçün təşkil edilən "Sevgi turları"nı təsvir etməklə real dünyadakı sosial və humanitar məsələlərə toxunur.[2][3][4][5] Anna filmi 72-ci Kann kinofestivalında müsabiqədə premyera edib,[6] BIFA qazanıb, BAFTA üçün qısa siyahıya düşüb və həm İsrail Film Akademiyası, həm də Ukrayna Film Akademiyası mükafatlarına namizəd olub.[7]

Anna
ukr. Анна
Janr dram
Rejissor Dekel Berenson
Prodüserlər Dekel Berenson
Olqa Beşmelnitsina
Paul Visli
Endryu Karlberq
Elad Keydan
Nataliya Libet
Ssenari müəllifi Dekel Berenson
Baş rollarda Svetlana Barandiç
Anastasiya Vyazovska
Operator Vladimir İvanov
Rəssam Kara Baleyan
Studiya Three Color Films
ESSE Production House
Blue Shadow
İlk baxış tarixi 24 may 2019
Filmin növü qısametrajlı film
Müddət 15 dəqiqə
Ölkələr Ukrayna Ukrayna
İsrail İsrail
İngiltərə İngiltərə
Dillər ingilis dili
ukrain dili
İl 2019
Rəng rəngli
IMDb ID9842732

Müharibədən əziyyət çəkən Şərqi Ukraynada yaşayan orta yaşlı Anna həyatında müəyyən dəyişikliklər etməyə çalışan tək ana və ümidsiz qadındır. O, ət kombinatında işləyərkən ölkəni gəzərək eşq axtarışında olan əcnəbi kişilər üçün təşkil edilən ziyafətdə iştirak etmək üçün radio reklamını eşidir. Orada qızı ilə birlikdə Anna qocalığın reallıqları ilə üzləşir və kişilərin əsl niyyətlərini başa düşür. Hər ikisi vəziyyətin absurdluğunu və ləyaqətini başa düşürlər.[8]

  • Svetlana Alekseyevna Barandiç, "Anna" rolunda
  • Anastasiya Vyazovskaya, "Alina" rolunda
  • Erik Ross Qilliatt, "Erik" rolunda
  • Alina Çornoqab, tərcüməçi rolunda
  • Liana Xobeliya, şənlik təşkilatçısı rolunda

Film çoxsaylı mükafatlar alıb, 350-yə yaxın festivalda nümayiş olunub və 160-dan çox seçilib.[9]

İl Təqdimatçı/Festival Mükafat/Kateqoriya Status
2020 BAFTA İngilis qısametrajlı film Siyahıya salınıb[10]
İsrail Kino Akademiyasının mükafatları Ən yaxşı qısametrajlı bədii film Namizəd[10]
2019 Britaniya Müstəqil Film mükafatları (BIFA) Ən yaxşı Britaniya qısametrajlı filmi Qazandı[11]
Vaşinqton Qısametrajlı Filmlər festivalı Görkəmli Beynəlxalq Povest filmi Qazandı[12]
72-ci Kann kinofestivalı Palme d'or — Ən yaxşı qısametrajlı film Namizəd[13]
  1. Phillips, Jo. "The Woman's world". Cent Magazine (ingilis). 2019-11-18. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  2. Mayers, Anna. "'Anna' Director Dekel Berenson On His Global Approach To Storytelling". Close-Up Culture (ingilis). 2019-06-20. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  3. Christine. "Ukrainian Love Tours And Dreams Of A Better Life In America". AMFM Magazine.tv (ingilis). 2019-06-26. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  4. Kermode, Jennie. "Movie Review". www.eyeforfilm.co.uk. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  5. Stein, Frankie. "An interview with Dekel Berenson, the director of 'Anna'". Film Daily (ingilis). 2020-08-14. 2022-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  6. Seth, Radhika. "Vogue's Shortlist For YouTube's Film Festival". British Vogue (ingilis). 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  7. Clarke, Stewart. "Cannes Shorts Competition Filmmaker Dekel Berenson Sets Feature Debut". Variety (ingilis). 2019-05-18. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  8. Vasquez, Felix. "Shorts Round Up of the Week – Cannes Contenders" (ingilis). 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  9. "Oscars 2020: Dekel Berenson interview". lemagcinema.com (ingilis). 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  10. 1 2 "BAFTA announces shortlists for British Short Film and British Short Animation categories". www.bafta.org (ingilis). 2019-12-10. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  11. "British Independent Film Awards 2019: The winners". Evening Express. 2020-08-13 tarixində arxivləşdirilib.
  12. "DC Shorts WINS". DC Shorts WINS! (ingilis). 2020-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  13. Grater, Tom. "Cannes Competition short 'Anna' set for feature treatment". Screen (ingilis). 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]