Anna İvanovna Borisoqlebskaya (ukr. Га́нна Іва́нівна Борисоглі́бська; 13 (25) iyul 1868 və ya 26 dekabr 1867 (7 yanvar 1868)[1], Sebej[d], Vitebsk quberniyası[d][2] – 29 sentyabr 1939[2], Kiyev[2]) — ukraynalı kino və teatr aktrisası, Ukrayna SSR xalq artisti (1936).
Anna Borisoqlebskaya | |
---|---|
Doğum tarixi | 13 (25) iyul 1868 və ya 26 dekabr 1867 (7 yanvar 1868)[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 sentyabr 1939[2] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0096833 |
Anna Borislebskaya 13 iyul 1868-ci ildə Vitebsk quberniyasının (indiki Pskov vilayəti) Sebeji şəhərində anadan olmuşdur. Milliyyətinə görə o, özünü belarus-ukrayn-rus hesab edirdi.[3] Borislebskaya uşaqlığını Xarkov quberniyasının İzyum şəhərində keçirib və təhsilini Xarkovdakı Xeyriyyə Cəmiyyəti məktəbində alıb. 1886-cı ildə Xarkov Universitetində müəllim adı almaq üçün imtahan vermiş və elə həmin il İzyum rayonunun Novoselovtsı kəndində müəllimlik etməyə başlamışdır.
Borisoqlebskaya 29 sentyabr 1939-cu ildə Kiyevdə vəfat etmişdir. O Kiyevdə, Baykovo qəbiristanlığında dəfn edilib və qəbri Ukrayna Teatr Aktyorları İttifaqı tərəfindən qorunur.
Uşaqlıqdan teatra maraq göstərib. O, peşəkar səhnəyə 1888-ci ildə qədəm qoyub. Borisoqlebskaya 1902-ci ilə qədər Marko Kropivnitskinin truppasında, daha sonra isə dörd il Panas Saksaqanski və İvan Karpenko-Karinin truppasında çalışmış, 1906-1907-ci illərdə isə Şatkivski və Kolesnıçenko truppaları ilə qastrollarda olmuşdur. 1907-1917-ci illərdə Kiyevdə Nikolay Sadovskinin rəhbərlik etdiyi Ukrayna stasionar teatrında işləyib.
Borisoqlebskaya 1919-cu ildə T. G. Şevçenko adına Birinci Dövlət Ukrayna Dram Teatrının (o dövrdə Kiyevdə, indi Dnepropetrovskda) həmtəşkilatçısı olmuşdur. 1920-1925-ci illərdə o, Qərbi Ukraynada olub, burada müxtəlif teatr truppalarında, xüsusən də Orel-Stepnyakın yanında çıxış edib.[4]
1925-ci ildən ömrünün sonuna kimi İvan Franko adına Kiyev Teatrının səhnəsində işləyib.[3] O, daha çox görkəmli personaj aktrisası kimi tanınırdı.[5]