Anna Mariya Jukovska (pol. Anna Maria Żukowska; 11 iyun 1983, Varşava, Polşa Xalq Respublikası) — Polşalı hüquqşünas, filoloq və siyasi fəalı. Eyni zamanda Yeni Sol Partiyasının üzvü, Solların parlament klubunun lideri.[1]
Anna Mariya Jukovska | |
---|---|
pol. Anna Maria Żukowska | |
Polşa Respublikası Seymində Yeni Sol fraksiyasının sədri | |
Vəzifədədir | |
12 dekabr 2023-cü ildən | |
Əvvəlki | Kşiştof Qavqovski |
Vəzifədədir | |
12 noyabr 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1983 (41 yaş) |
Doğum yeri | |
Təhsili | Varşava Universiteti |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
zukowska.com.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır.
11 iyun 1983-cü ildə Varşavada anadan olan Mariya Jukovska,[2][3] Varşavanın Mokotov rayonunda böyüyüb.[4]
Varşavada 42 saylı məktəbdə təhsil alıb. Tanınmış aktyor Andjey Şepkovskinin nəvəsi aktrisa Hanna Konarovska ilə bir sinifdə oxuyub.
Varşava Universitetinin Müasir Dillər fakültəsində bakalavr dərəcəsinə yiyələn Mariya Jukovska, 2015-ci ildə eyni Universitetin Hüquq və İdarəetmə fakültəsində hüquq təhsili üzrə magistr dərəcəsinə yiyələnib.[2]
Tərcüməçi kimi fəaliyyət göstərən Anna Mariya həmçinin anası ilə birlikdə ailə biznesini də idarə edib.[4]
Demokratik Sol Qüvvələr Birliyinə (DSQ) üzv olan Anna Mariya 21 noyabr 2010-cu ildə keçirilən yerli seçkilərdə Mokotov rayonundan namizədliyini irəli sürsə də seçilmədi.
2010-2013-cü illərdə DSQ-nin gənclər təşkilatı olan Gənc Sosial Demokratlar Federasiyasının Varşava bölməsinin sədri olub.[3]
2011-2015-ci illərdə isə o, Yəhudi Ümumpolşa Gənclər Təşkilatında bölmə sədri olub.[3]
Varşavada təşkil olunan Bərabərlik Paradı təşkilatı komitə üzvlərindən biri olub.[3]
2012-ci ildən DSQ-nin mətbuat katibi olan Mariya, həmçinin 25 oktyabr 2015-ci il parlament seçkilərində iştirak etmək üçün yaradılan Birləşmiş Sol koalisiyası seçki qərargahının mətbuat katibi olub.[4]
2016-cı ilin fevralında Vlodzimej Çajasti DSQ-nin yeni sədri seçildikdən sonra Anna Mariya istefa vermiş Dariuş Yonskini əvəz edərək DSQ-nin mətbuat katibi oldu. O, bu vəzifəni icra edən ilk qadın olub.[4] 2021-ci ilin yanvarında o, DSQ-nin mətbuat katibi vəzifəsindən istefa verdi.
O, 2016-cı ildən Polşada abort qanunlarının sərtləşdirilməsinə qarşı keçirilən "qadınların tətili"nin fəallarından olub.[5][6]
21 oktyabr 2018-ci ildə keçirilən yerli seçkilərdə Varşava Şəhər Şurasına namizədliyini irəli sürsə də, seçilməyib.
Parlament seçkilərinin nəticələrinə görə, 2019-cu il oktyabrın 13-də 19-cu Varşava seçki dairəsindən 18864 səslə IX çağırış Polşa Seyminin deputatı seçilib.[2][3] O, Ədliyyə və İnsan Haqları Komitəsinin sədr müavini, Konstitusiya Məsuliyyəti Komitəsinin üzvü və Sol Fraksiyasının mətbuat katibi olub. Oktyabr ayında DSQ dağıldıqdan sonra Yeni Sol Partiyasının üzvü oldu. 2023-cü il oktyabrın 15-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, o, 19-cu Varşava seçki dairəsindən 38 426 səslə X çağırış Polşa Seyminin deputatı seçilib.[7]
2023-cü il 13 noyabrda X çağırış Seymin ilk iclası ərəfəsində keçirilən mətbuat konfransında deputatlar Katarjina Kotula və Anna Mariya Jukovska, həmçinin senator Maqdalena Bejat Seymə iki qanun layihəsinin: liberallaşdırma və abort haqqında qanun layihələrinin təqdim olunduğunu elan etdilər.[8]
Anna Mariya Jukovska 2023-cü il 14 noyabrda səlahiyyətlərinə məhkəmə sisteminin formalaşdırılması daxil olan Milli Məhkəmə Şurasına Seym tərəfindən deputatların 245 səsi ilə seçildi.[9][10]
Anna Mariya Jukovskanın Ameliya (2005) adında bir qızı var.[11] O, biseksualdır və 2018-ci ildən bunu ictimaiyyətə açıqlayıb.[12]