Anna Pollatou (8 oktyabr 1983; Kefaloniya, Yunanıstan — 17 may 2014; Varda, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast.[1]
Anna Pollatou | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Vətəndaşlığı | Yunanıstan | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Kefaloniya, Yunanıstan | |||||||
Vəfat tarixi | (30 yaşında) | |||||||
Vəfat yeri | Varda, Yunanıstan | |||||||
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi | |||||||
Boyu | 166 sm. | |||||||
İdman növü | Bədii gimnastika | |||||||
Medallar
|
Anna Pollatou 1983-cü il oktyabrın 8-də Kefaloniya şəhərində anadan olub.[1]
Anna Pollatou 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin gümüş medalına sahib oldu.[1] 1999-cu ildə isə Anna Pollatou Budapeştdə (Macarıstan) baş tutan Avropa Çempionatının qalib olub.[1]
Anna Pollatou Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.[1]
Karyerası ərzində Anna Pollatou 2 dəfə Dünya Çempionatının, 3 dəfə isə Avropa Çempionatının qalibi olub.
2014-cü il mayın 17-də saat Varda şəhəri istiqamətində Anna Pollatounun idarə etdiyi avtomobil, qarşı tərəfdən gələn avtomobillə toqquşdu. Hadisə nəticəsində Anna Pollatou aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.[1]