Anna İvanovna Veres (ukr. Га́нна Іва́нівна Ве́рес; 21 dekabr 1928, Obuxoviç[d] – 11 iyun 2003, Obuxoviç[d], Kiyev vilayəti) — Ukrayna xalq rəssamı, tikişçi və toxucusu. O, rəssam və toxucu Mariya Posobçukun qızı, rəssamlar Valentina və Elena Veresin anası idi. 1968-ci ildə Anna Vasilaşçuk ilə birlikdə Şevçenko Milli Mükafatına layiq görülmüşdür.
Anna Veres | |
---|---|
Doğum tarixi | 21 dekabr 1928 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 iyun 2003 (74 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | toxucu[d] |
Üzvlüyü |
|
Mükafatları |
|
Anna İvanovna Veres 21 dekabr 1928-ci ildə Kiyev vilayətinin Vışqorod rayonunun Obuxoviç kəndində anadan olmuşdur.[1] Anası rəssam Mariya Posobçuk idi.[2] Veresin Valentina və Elena Veres adlı iki qızı da rəssam olmuşdur.[1][3] Tarixçi N. M. Neveqanın sözlərinə görə, Posobçuk qızına bir çox bacarıqları öyrətmiş və o, bu bacarıqları qızlarına ötürmüşdür.[4]
Veres Kiyev şəhərinin Bastionni zolağında yerləşən bir evdə yaşayırdı.[5] O, 11 iyun 2003-cü ildə Obuxoviçdə ölmüşdür.[1]
Dekorativ toxuculuq sənəti, xüsusilə də, bədii tikmə sahəsi üzrə mütəxəssis olan Veres ənənəvi Polesye toxuma dəsmalları, eləcə də, dekorativ parçalar və panellər yaratmışdır.[1] Dəsmallar Ukraynanın ənənəvi toxuculuq məhsuludur: onlar yemək üçün xüsusi bir örtük kimi istifadə olunur və hədiyyə olaraq verilir.[6] O, İvankovda 1988-ci ildə açılmış və 1992-ci ildə bağlanmış Xalq Toxuculuğu Muzeyinin qurucusu olmuşdur.[1] Onun əsərləri Şimali Amerikaya aparılmış, burada Toronto və Monrealda nümayiş olunmuşdur.[4]
1966–1968-ci illərdə Taras Şevçenkoya həsr olunmuş bir sıra dekorativ toxuculuq məhsulları hazırlamışdır. Şevçenkonun "Kobzar" əsərinin 1971-ci il nəşri onun Anna Vasilaşçuk ilə hazırladığı dəsmalların reproduksiyaları ilə illüstrasiya edilmişdir.[6][7][8] "Lyada" (1974, "Kyivnaukfilm "), "Kətan çiçəklənir" (1980, "Ukrtelefilm") filmləri Veresin yaradıcılığına həsr olunmuşdur.[2]
Veresin əsərləri Taras Şevçenko Milli Muzeyində, Kanivdəki Şevçenko Milli Qoruğunda və Milli Xalq Dekorativ Sənəti Muzeyində, eləcə də, digər yerlərdə saxlanılır.[6] İlkin məlumatlara görə, 27 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı baş verən İvankov döyüşü nəticəsində İvankiv Tarix-Diyarşünaslıq Muzeyi baş verən yanğında Veresin bəzi əsərləri də məhv olmuşdur.[10][11]