Anne with an E

Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradıldı və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib.

Enn
Janr dram teleserialı[d]
İstehsalçı ölkə
Dil ingilis dili
IMDb ID5421602
cbc.ca/anne/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tele-serialda kimsəsizlik, psixoloji travmalar ve gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur.1896 -cı ildə iki bacı-qardaş, Mattheu və Marilla Cuthbert, təsərrüfatının işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu, övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız, Anne ailəsi, yalnız bir neçə aylıq olanda öldü və Anne bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışdı.Mattheu Annenin qalmasını istəsə də, Marilla Annaya güvənmir, çünki yararsız bir yetimdir. Daha sonra Annenin səhvini tuturlar, Anneni yenidən uşaq evinə göndərirlər. Daha sonra Annenin haqqında yanıldıqlarını başa düşürlər və Anneni tapmağa çalışırlar. Anne ailəsi ilə yaşamağa başlayanda, məktəb yoldaşları və qonşuluqdakı qonşuları tərəfindən təklənir. Ancaq Anne zəkası, problem həll etmə qabiliyyəti və təxəyyülü sayəsində bütün çətinliklərin öhdəsindən gəlir.

İstinadlar[redaktə | mənbəni redaktə et]