Annihilator — 1984-cü ildə kanadalı gitarist Ceff Uoters tərəfindən qurulmuş treş-metal qrupu.
Annihilator | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
treş-metal spid-metal preqressiv metal |
Fəaliyyət illəri | 1984—h.h. |
Ölkə | Kanada |
Şəhər | Ottava |
Dil | ingiliscə |
Leybl |
Roadrunner Records Epic Records Attic Hypnotic CMC International Music For Nations Metal-Is SPV GmbH AFM |
Heyət |
Ceff Uoters Aaron Homma Fabio Alessandrini Riç Hinks |
Keçmiş üzvlər |
Con Beyts Rendi Rempeyc Coy Como Mayk Mangini Rendi Blek Deyv Padden Brayen Deymon Aleks Lendenburq |
www.annihilatormetal.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup 1989-cu ildə çıxardıqları "Alice in Hell" adlı ilk albomları ilə thrash metal dünyasında özünə yer etməyə hazırlaşan qrup, elə bu albom ilə səsyazma şirkətləri başda olmaqla bütün diqqəti öz üzərinə yığır.
Bir il aradan sonra qrup "Never, Neverland" adlı ikinci albomlarını çıxardır. Qrupdakı bir çox üzv dəyişikliyinin və 3 ildən sonra vokalda Aaron Randall, basta Wayne Darley, vurma alətlərdə Mike Mangini, gitarada Neil Goldberg və Jeff ilə "Set the World on Fire" albomları 1993-cü ildə satışa çıxarıldı. 1994-cü ildə gitaralardan əlavə vokalda da Jeff Waters'in olduğu "King of the Kill", "Phantasmagoria" və "The Fun Palace" kimi mahnıların da içində olduğu "Bag of Tricks" adlı albomları satışa çıxarıldı. 1996-cı ildə qrup yenə iki albomla pərəstişkarlarını sevindirdi. Bunlardan biri "Refresh the Demon" digəri isə 89–90-cı illərdə çıxdığı turne qeydlərinin olduğu "In Command" (live 1989–1990) idi.
Qrup 1997-ci ildə "Remains", 1999-cu ildə "Criteria for a Black Widow", 2001-ci ildə "Carnival Diablos", 2002-ci ildə "Waking the Fury", 2003-cü ildə "Annihilation" (live) , 2004-cü ildə "The One" (EP) və "All for You", 2005-ci ildə də "Schizo Deluxe" albomlarını satışa çıxardı.