Anonim post

Anonim post — mətn lövhəsində, anonim bülleten lövhəsi sistemində və ya internet forumu kimi digər müzakirə forumlarında ekran adı olmadan və ya daha çox identifikasiya olunmayan təxəllüsdən istifadə etməklə daxil olan giriş. "Slashdot" kimi bəzi onlayn forumlar bu cür yazılara icazə vermir, istifadəçilərdən ya öz həqiqi adları ilə, ya da təxəllüslə qeydiyyatdan keçmələrini tələb edir. "JuicyCampus", "AutoAdmit", "2channel" və digər "Futaba" əsaslı təsvir lövhələri anonimlik üzərində inkişaf edir. Xüsusilə "4chan" istifadəçiləri yeni tendensiyaların sürətlə yaranmasına kömək edən anonim və efemer mühitdə qarşılıqlı əlaqə qururlar.

Onlayn anonimlik 1990-cı illərin sonlarında xəbər qruplarına yerləşdirmək üçün etibarsız e-poçtlardan istifadə anlayışının ortaya çıxdığı "Usenet" xəbər qruplarında müşahidə olunur. Bu, ilk növbədə, müəyyən həssas mövzulara aid xəbər qruplarının müzakirəsi üçün istifadə edilmişdir. Göndərənin ünvanını alıcıya göndərməzdən əvvəl poçt paketlərindən silməyə qadir olan anonim remeylerlər tətbiqi də mövcud idi. Anonim yerləşdirməni asanlaşdıran onlayn xidmətlər 1992-ci ilin ortalarında şifropank qrupundan yaranmışdır.[1]

"2channel" və "4chan" kimi internet forumlarından əvvəl Yaponiyada anonim yazılar üçün imkan verən "Ayashii World" və "Amezou World" kimi mətn lövhələri fəaliyyət göstərirdi. Bu "böyükmiqyaslı anonim dərsliklər" "Usenet" mədəniyyətindən ilhamlanmış və onların nəslindən fərqli olaraq, ilk növbədə texnologiyaya yönəlmişdi.[2]

İndiki dövrdə təsvir lövhələri dünyanın hər yerindən böyük internet trafiki əldə edir. 2011-ci ildə "4chan"ın ən populyar lövhəsi /b/-də gündə təxminən 35,000 mövzu və 400,000 post yaradılmışdır. Həmin vaxt məzmun səviyyəsi "YouTube" ilə bərabər idi. Belə yüksək trafik internet istifadəçilərinin anonim məzmun paylaşma saytlarına olan geniş tələbatını göstərir.[3]

Anonimlik səviyyələri

[redaktə | mənbəni redaktə et]

İnternetdə anonimlik həm təxəllüslərdən istifadəyə, həm də veb-saytda yerləşdirmək üçün heç bir autentifikasiya tələb etməməyə aid edilir.[4] Onlayn anonimlik IP-ünvanlar ilə məhdudlaşır. Məsələn, "WikiScanner" anonim Vikipediya redaktələrini dəyişikliyi edən IP-ünvan ilə əlaqələndirir və IP-ünvana sahib olan qurumu müəyyən etməyə çalışır. Digər veb-saytlarda IP-ünvanlar ictimaiyyətə açıq olmaya bilər, lakin onlar yalnız qanuni müdaxilə ilə veb-sayt administratorlarından əldə edilə bilər. Onları izləyərək postu paylaşanı tapmaq həmişə mümkün olmaya bilər.[5]

Onlayn icmalarda

[redaktə | mənbəni redaktə et]

Onlayn icmalar anonim göndərişlərlə bağlı mövqeləri ilə fərqlənir. Vikipediya əksər hallarda anonim redaktə etməyə imkan verir, lakin istifadəçiləri etiketləmir, əvəzinə onları IP-ünvanlar ilə müəyyən edir. Digər redaktorlar adətən bu istifadəçilərə "anonlar" və ya "IP" kimi neytral terminlərlə müraciət edirlər.[6]

"Slashdot" hər anonim yazının müəllifi kimi "Anonim qorxaq"ı göstərməklə anonim yerləşdirmədən çəkindirir. Yüngül dərəcədə alçaldıcı olan termin anonim ianəçiləri sistemə daxil olmağa təhrik etmək üçün nəzərdə tutulmuşdur.[7][8]

  1. Rigby, Karina, "Anonymity on the Internet Must Be Protected" Arxivləşdirilib 2019-02-19 at the Wayback Machine
  2. "Ayashii World"
  3. Bernstein, Michael. 4chan and/b: An Analysis of Anonymity and Ephemerality in a Large Online Community // Proceedings of the Fifth International AAAI Conference on Weblogs and Social Media. 2011. 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2017.
  4. Furukawa, Hideki,"Q&A With the Founder of Channel 2" Arxiv surəti 18 noyabr 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib yanvar 9, 2013, at the Wayback Machine, The Online Journalism Review, August 22, 2008
  5. ""Just how do websites track or monitor our activity?"". 2019-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  6. Dwight Silverman, "What's Online", Houston Chronicle, July 7, 2000, page 2.
  7. Stephen Shankland, "Andover.Net Scoops Up Seminal Slashdot Site Arxivləşdirilib 2014-11-04 at the Wayback Machine", CNet News, June 29, 1999. (Stating that the term "Anonymous Coward" was popularized by Slashdot.)
  8. Gosain, Sanjay. "Looking through a Window on Open Source Culture". Systèmes d'Information et Management. 8 (1). 2003: 22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]