Anonymous

Anonymous (azərb. Anonim‎) — müxtəlif siyasi hadisələrdə, adətən dövlət təşkilatlarına aid web saytlara hücumlar təşkil edərək etirazını bildirən aktivisthaktivist qrup.

Anonymous
Loqonun şəkli
Yaranma tarixi 2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konsepsiyası qurulduğu ilk vaxtlardan təyin olunmuş bir məqsədə doğru, koordinasiyalı bir şəkildə əsasən əyləncə meyilli, hansısa bir ad istifadə etməyən "onlayn" kütlə tərəfindən qəbul edilmişdir. 2008-ci ildən etibarən, getdikcə əməkdaşlığa daha çox meyil etməyə başlayan beynəlxalq internet hücumları, öncədən təyin olunmuş etiraz aksiyaları və əsasən müəllif hüquqları ilə qorunan digər əsərlərin ticarətini həyata keçirən firmaların qeyri-qanuni yayımına qarşı kompaniyalara qarşı digər kiber hücumlar ilə xatırlanır. Hücumlar, özlərini "Anonim olaraq adlandıran şəxsiyyəti naməlum olan insanlar tərəfindən həyata keçirilir.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Habbo hücumu: Virtual bir otel olaraq yaradılmış olan sosial şəbəkə Habbo Anonymousun tez-tez hədəf aldığı saytlardan biridir.
  • Hal Turner hücumu: Hal Turnerin ifadəsinə görə 2006 Dekabr və 2007 Yanvar ayında özlərini Anonymous olaraq təqdim edən insanların hücumu nəticəsində minlərlə dollarlıq zərərə məruz qalmışdır.
  • Chris Forcandın həbs olunması: 7 dekabr 2007-ci ildə uşaqbazlıq ittihamıyla 53 yaşlı Chris Forcand, Global Television Networkun məlumatına görə Anonymous qrupunun fəaliyyəti nəticəsində tutulmuşdur.
  • Plan Chanology: (20 yanvar 2008) Scientology Kilisesinə qarşı bu aksiya nəticəsində qrup mətbuatda geniş şəkildə işıqlandırılmışdır.
  • No Cussing Club (2009)
  • İrandakı seçkilərə etiraz aksiyaları (2009)
  • Avstraliyada internet senzurasına qarşı aksiyalar: Operation Didgeridie (2009), Operation Titstorm (2010)
  • Operation Leakspin
  • Zbabwe:Zimbabve hökumətinin web saytı Wikileaks sənədlərinə tətbiq olunan senzura səbəbiylə hücuma məruz qalmışdır.
  • FiGael saytına hücum
  • Ərəb Baharına dəstək: Operation Egypt Misir inqilabı and Operation Tunisia Yasəmən inqilabı
  • Digiturkə hücum: Operation DIGITURK (2012)
  • The Pirate Bay, Megaupload, SOPA protesto
  • 2009-cu il Aprel ayında,
  • Operasyon resel Blackout: Qrup tərəfindən yayımlanan bir video, Facebook sosial şəbəkəsini hədəf olaraq göstərərək 60000 serverin ləğv edilə biləcəyini iddia etmişdilər.
  • GoDaddy Hücumu (2012)
  • "opIsrael" əməliyyat adı ilə, 7 aprel 2013-cü ildə "Fələstin xalqına zülm etdiyinə və ölkənin internetini kəsmək cəhdi etdiyi" üçün İsrailin səhiyyə, sosial xidmət, təhlükəsizlik və s. saytlarına hücum etmiş və İsraili 3 milyard Dollar ziyana uğratmışlar.
  • "opTurkey" əməliyyat adı ilə, 12 iyun 2013-cü ildə qrup RTÜK-ün İnternet saytını dondurdu. Qrupun Türkiyədəki üzvlərinin Twitter hesabı @AnonsTurkeydən verilən məlumatda, "Tango Down | RTUK – Həqiqəti yazan media qurumlarına cəza verdiniz. İndi isə Anonymous sizi cəzalandırdı" yazılmışdı.[1]
  • Qərb dünyasının öz postunu tərk etməsi üçün təzyiqlər göstərdiyi Suriya Dövləti Prezidenti Bəşər Əsəd beynəlxalq hacker qrupu Anonymous’un da hədəfi oldu. Anonymous, Prezident aparatının e-mail hesabına girərək yüzlərlə yazışmanı internetdə yayımladı.[2]
  1. "Arxivlənmiş surət". 2013-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
  2. "Arxivlənmiş surət". 2013-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.