Anqo çayı

Anqo çayı (ing. Agno River, taqal Ilog Agno — Filippin arxipelaqının Luson adasından axan çay.

Anqo çayı
taqal Ilog Agno
Ölkə  Filippin
Mənbəyi  
 • Yüksəkliyi 2090 m
Mənsəbi Sakit okean
 • Yüksəkliyi 0 m
Uzunluğu 206 km
Su sərfi 660 m³/s
Hövzəsinin sahəsi 5952 km²
Anqo çayı (Filippin)
mənbəyi
mənsəbi
Anqo çayı Filippinnin fiziki xəritəsində:

16°48′48″ şm. e. 120°53′24″ ş. u.HGYO

16°02′40″ şm. e. 120°11′45″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın uzunluğu 206 kilometr, hövzəsinin sahəsi 5952 km² (bu göstərici ilə Luzon adasının Kaqayan və Pampanqa çaylarından sonra üçüncü, ölkənin beşinci çayııdır)[1]. Hövzəsinə çoxlu sayda qol daxildir. Aqno mənbəyini Mərkəzi Kordiler silsiləsinin Data dağından, dəniz səviyyəsindən 2090 metr yüksəklikdən götürür. Başlanğıcda çay şimaldan cənuba doğru axır, lakin son rübdə demək olar ki, 180 ° dönüş edir və Linqayen körfəzinin cənub hissəsinə axır[2]. Aqno olduqca sürətli axışçı olan bir çay kimi xarakterizə olunur. Çünki düşməsi hər kilometrə 10 metrdən çoxdur. Ümumi uzunluğunun təxminən 90 kilometri (56 mil) dağlıq ərazilərdən və dərələrdən keçir.

Çayda üç su elektrik stansiyası tikilir: Ambuklao, Binqa və San Rock (dünyanın ən yüksək bəndləri siyahısında 39-cu yerdədir).

Aqno daşqınlara meyllidir, çünki hər il 2000 ilə 4000 millimetr arasında (müxtəlif ərazilərdə) yağış yağır[3][4]. Ən böyük qolu Tarlakdır.

Aqno çayı ilk dəfə 16-cı əsrdə İspaniyalı səyahətçilər tərəfindən araşdırılmışdır. Çay boyu müxtəlif zəngin manqrov və nipa ilə örtülüdür. Hazırda Aqno hövzəsi güclü şəkildə meşəsizləşdirilir. Bu ərazidə meşələr tamamilə kəsilib, ən azı dəniz səviyyəsindən 800 metr yüksəklikdəki sahələr ağaclar əvəzinə ot və kollarla əvəzlənib.

Çay boyu yerləşən şəhərlər

[redaktə | mənbəni redaktə et]

Aqno vadisi boyunca təxminən iki milyon insan yaşayır. Onlar əsasən aşağıdakı şəhərlərdə yaşayırlar: Bouqias (39,271), Kabayan (13 588), Bokod (12 648), İtoqon (55 960), San Manuel (46,875), San Nikolas (34 108), Santa Mariya (31 091), Asinqan (56 353), Villasis (59 111), Rosales (59 687), Santo Tomas (14 406), Alkala (41 077), Bayambanq (111 521), Bautista (30 193), Kaminq (80,241), Urbiztondo (47 831), Manqatarem (69 969), San Karlos (175 103), Aquilar (39 529), Bouqallion (64,253), Linqayen (98 740).

Çay boyunca qızıl toplama ümumi hallardan biri idi. Kabayan, Benquet çaylarından, San Manuel və Tublay, Benguet və Bokod, Benquetdəki qaynaqları boyunca qızıl tapılırdı. Çayın yuxarı axarlaında bir neçə mədən mövcuddur.

Hökumət həmçinin Panqasinanın 60–100 km² yaxın ərazisini suvarma suyu ilə təmin etmək üçün Agno çayında suvarma sistemini qurub.

  1. Джим Канделл. "Water profile of Philippines — River Basins and Water Resources" (ingilis). 2008-09-21 tarixində arxivləşdirilib.
  2. McManus, edited by Liana T.; Thia-Eng, Chua. The Coastal Environmental Profile of Lingayen Gulf, Philippines. Manila, Philippines: Published by International Center for Living Aquatic Resources Management on behalf of the Association of Southeast Asian Nations/United States Coastal Resources Management Project. 1990. səh. 2. ISBN 9789711022495. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04. ([[:Category:|link]])[[Category:]]
  3. "The Agno River Basin". news.abs-cbn.com (ingilis). 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  4. T. Petr. Inland fisheries in multiple-purpose river basin planning and development in tropical Asian countries: three case studies. Rome: Food and Agriculture Organization of the United Nations. 1985. səh. 20. ISBN 9251023271. 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.