Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[1][2][…], Port-Lui – 16 iyul 1939[1][3][…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.).
Anri Le Sidane | |
---|---|
fr. Henri Le Sidaner | |
Doğum adı | Henri-Eugène Le Sidaner |
Doğum tarixi | 7 avqust 1862[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyul 1939[1][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janr | portret |
Stillər | simvolizm[5][4] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur [6]. 1870-1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinifində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur [6]. 1882-1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.