Mavriki

Mavriki — Afrikada yerləşən ada dövləti.

Mavriki
République de Maurice
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"Stella Clavisque Maris Indici"(Latınca)
"Hind Okean'ın ulduzu və açarı"
Himn: Motherland
Tarixi
 • Müstəqillik elan olunub 12 mart 1968
Rəsmi dilləri
Paytaxt Port Luiz
İdarəetmə forması Respublika
Prezident Ameenah Gurib
Baş Nazir Anerood Jugnauth
Sahəsi Dünyada 179-cu
 • Ümumi 2040 km²
 • Su sahəsi (%) 0,05
Əhalisi
 • Əhali 1,331,155 nəfər
 • Siyahıyaalma (2011) 1,237,091 nəf.
 • Sıxlıq 65 nəf./km² (18-ci)
 • Ümumi 11.476.433.604 $[1], 12.898.307.089 $[1]
ÜDM (AQP)
 • Ümumi 16,05 milyard dollar
 • Adambaşına $12.526 dollar
ÜDM (nominal)
 • Ümumi (2009) $8,761 milyard dollar
 • Adambaşına $6.838 dollar
İİİ (2013) 0.771 (artış; 63-cü)
İnternet domeni .mu
ISO kodu MU
BOK kodu MRI
Telefon kodu +230
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mavriki

Mavriki dövləti Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub–Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir.

Lemorn Braban yarımadası UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.

Avropalılar Mavriki barədə ilk məlumatı 1510-cu ildə bu adalara gəlib çıxmış portuqaliyalılardan alıblar. Amma ada İndoneziya və ərəb dənizçilərinə daha əvvəldən məlum olub. 1598-ci ildə adaya qoşun çıxarmış hollandlar onu öz şahzadələri Mavrisus Orauzkinin şərəfinə "Mavriki" adlandırıblar. Sonradan ada fransızların əlinə keçib və Napoleon müharibələri dövründə adanı ingilislər zəbt ediblər. 1810-cu ildən 1968-ci ilədək Mavriki İngiltərənin müstəmləkəsi olub. 1968-ci ilin martından etibarən isə müstəqil dövlətdir. Dövlətin başçısı-prezident Əminə Qurib [5.VI.2015~], baş nazir — Anerud Caqnot [17.XII.2014 ~] . Qanunvericilik hakimiyyəti 70 deputatı olan birpalatalı parlamentə, icraedicilik isə baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Mavrikidə bir neçə siyasi partiya fəaliyyət göstərir.

Əhalinin təxmini sayı 1 320 min nəfərdir (2015-ci il). Əhalinin sıxlığı çox yüksəkdir — 647 nəfər/km².

Əhali etnik cəhətdən müxtəlif xalqların nümayəndələrindən ibarətdir. Mavrikinin rəsmi dövlət dili ingilis və fransız dilləridir. Əhalinin 51%–i induizm dininə sitayiş edir. Çünki burada əhalinin 67%–ni hindistanlı və pakistanlılar təşkil edir. Ancaq burada xristian və İslam dinlərinə sitayiş edənlər də çoxdur. Mavrikidə bütün qəzet, jurnal və kitablar iki dildə – ingilis və fransız dillərində nəşr edilir.

Müxtəlif vaxtlarda Mavrikidə məşhur dəniz səyyahı və tədqiqatçıları – Abel Tasman, Metru Flinders, Jan Laperuz, Çarlz Darvin və başqaları yaşayıblar. Mark Tven ada barədə belə deyib: "Burada belə bir fikrə gəlirsən ki, əvvəlcə Mavriki, sonra isə cənnət yaranıb, özü də cənnət yaradılarkən onu Mavrikiyə bənzətməyə çalışıblar".

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Mavriki möcüzəsi dedikdə adamı təbii gözəlliyi ilə bərabər, son illərdə əldə etdiyi iqtisadi sıçrayış da nəzərdə tutulur. Mavriki 350 il təkbitkiçiliyin klassik inkişaf etdiyi ölkə olub. Bir zamanlar holland müstəmləkəçilərinin İndoneziyanın Yana adasından buraya gətirdikləri şəkər qamışı kolu və ondan istehsal olunan şəkər 1980-ci illərin ortalarına qədər ölkə iqtisadiyyatının əsasını təşkil edirdi. Artıq 80-ci illərin ortalarından etibarən Mavrikinin dövlət büdcəsində xüsusi ixracat istehsal zonalarında hazırlanan məmulatların satışından yaranan gəlir üstünlük təşkil etməyə başlayır. Beləliklə, Mavriki dövləti heç bir ciddi çətinlik çəkmədən yeni iqtisadi siyasətə keçə bilib.

Mavrikinin ixracat istehsal zonalarındakı müəssisələrin böyük əksəriyyətini tikiş və trikotaj fabrikləri təşkil edir. Kiçik əraziyə malik olan Mavrikidə hər il 15 milyon ədəd pal–paltar hazırlanır, bunun da 10 milyonu təmiz yundan toxunanlardır. Yun trikotaj məmulatı istehsalına görə Mavriki dünyada üçüncü yeri tutur.[3]

Mavrikinin ən böyük şəhəri onun paytaxtı – Port–Luidir. Paytaxt daha çox Fransanın əyalət şəhərlərini xatırladır. Planetimizdə çox az yer tapılar ki, Port–Lui kimi kiçik bir ərazidə Asiya, AvropaAfrika xalqları mədəniyyətinin, adət və ənənələrinin izləri qalmış olsun.

  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. "Mavriki möcüzəsi". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-23.