Anri Lui Le Şatelye

Anri Lui Le Şatelye (fr. Henri Louis Le Chatelier; Miribel-lez-Eşel, Paris, Fransa, 8 oktyabr 1850 – 17 sentyabr 1936, Miribel-lez-Eşel, Paris, Fransa) — Fransa fiziki və kimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1907), Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1913), SSRİ Elmlər Akademiyasının fəxri üzvü (1926).[2]

Anri Lui Le Şatelye
fr. Henri Louis Le Chatelier
Doğum tarixi
Doğum yeri Miribel-lez-Eşel, Paris, Fransa
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Miribel-lez-Eşel, Paris, Fransa
Vətəndaşlığı  Fransa
Milliyyəti fransız
Uşağı 7
Elm sahəsi fiziki kimya
Elmi dərəcələri Bachelor of Letters (1867)
elmlər bakalavrı (1868)
İş yeri Politexnik məktəb
Alma-mater Paris Universiteti
Politexnik məktəb
Paris dağ məktəbi
Jak Dekur kollec-liseyi
Təhsili
Tanınır Le Şatelye-Braun prinsipi
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anri Lui Le Şatelye 1850-ci il oktyabrın 8-də Miribel-lez-Eşeldə anadan olmuşdur. Atası Fransa dəmir yollarının tikintisində iştirak edən bir mədən mühəndisi olaraq erkən yaşlardan başlayaraq oğluna elmə sevgi aşılamağa çalışmışdı. Le Şatelye Parisdə Rollan Kollecində, Politexnik Məktəbində və Ali Mədən Məktəbində təhsil almışdı. Eyni zamanda o, A. E. Sent-Kler Devillin laboratoriyasında çalışmış və Kollec de Fransda mühazirələr dinləmişdi. Təbiət elmləri ilə yanaşı, Le Şatelye din məsələləri və qədim dillərlə həvəslə maraqlanırdı. Mədən məktəbini bitirdikdən sonra Le Şatelye Əlcəzairdə və Bezansonda mədən mühəndisi vəzifəsində çalışmışdı. 1877-ci ildən 1919-cu ilə qədər Le Şatelye Parisin Ali Mədən Məktəbinin professoru olmuş və orada ümumi və texniki kimyanı tədris etmişdi. O həm də Kollec de Fransda Ümumi Kimya kafedrasının (1898–1907) və Paris Universitetinin professoru (1907–1925)olmuşdu.

1907-ci ildə o, Paris Elmlər Akademiyasının üzvü seçilmişdi.

1913-cü il dekabrın 7-də o, Peterburq Elmlər Akademiyasının müxbir üzvü, 1926-cı il dekabrın 4-də SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Le Şatelyenin əsərlərinin çoxu tətbiq olunan problemlərə həsr olunmuşdur; o, metallurgiya və kimyəvi-texnoloji proseslərin fundamental tədqiqatlarını mütəmadi olaraq aparan ilk kimyaçılardan biri idi. 1880-ci ildən Le Şatelye sementin kalsinasiya və bərkidilməsi problemi ilə məşğul olmuşdu; o zaman mövcud olan işlər bu kompleks proseslərin gedişini izah etməyə imkan vermirdi. Apardığı araşdırmalar əsasında, o sementin bərkiməsi, başqa sözlə desək, "kristallaşma" nəzəriyyəsini inkişaf etdirmişdi (onun "Silisiumsilikatlar" adlı monoqrafiyası J. F. Ponomaryov tərəfindən rus dilinə tərcümə edilmişdi). 1881-ci ildə o, M.Bertlo və F. Mallar ilə birlikdə alovlanma, yanma və partlama proseslərini öyrənməyə başlamışdı. Bu tədqiqatlar onu yüksək temperaturda qazların istilik tutumlarının müəyyən edilməsi üçün orijinal üsul yaratmağa gətirib çıxarmışdı. Domna sobalarında baş verən prosesləri öyrənərkən və yüksək temperaturu ölçmə zərurəti ilə üzləşərkən Le Şatelye 1886-cı ildə közərdilmiş cisimlərin rənginə görə temperaturu ölçən optik cihazı – pirometri işləyib hazırlamışdı. O, həmçinin metalların və ərintilərin tədqiqi üsullarını təkmilləşdirmiş və qeyri-şəffaf obyektlərin strukturunu öyrənməyə imkan verən bir metallographic mikroskop (1897) yaratmışdı.

1884-cü ildə Le Şatelye indi onun adını daşıyan dinamik tarazlıq prinsipini işləyib hazırlamışdı (ondan asılı olmayaraq bu prinsipi 1887-ci ildə K. F. Braun da ifadə etmişdi). Bu prinsipə görə, sabit kimyəvi tarazlıq vəziyyətində olan sistem xarici təsir altında olduqda (temperatur, təzyiq dəyişikliyi, reaktiv və s.) bu təsiri kompensasiya edərək tarazlıq vəziyyətinə qayıtmağa çalışır. Le Şatelye-Braun prinsipi müxtəlif texnoloji prosesləri modelləşdirmək üçün istifadə olunur. 1894-cü ildə o, maddənin həll olma qabiliyyəti, prosesin temperaturu və maddənin ərimə temperaturu arasında əlaqə yaradan tənlik təklif etmişdi. 1901-ci ildə F. Qaberdən asılı olmayaraq Le Şatelye ammonyakın sintezi şərtlərini tapmışdı.

Le Şatelyenin fəal iştirakı ilə fiziki kimya və kimyəvi texnologiya müstəqil, fəal inkişaf edən elm sahələrinə çevrilmişdir. Le Şatelye bir çox mükafatlara layiq görülmüşdü: 1886-cı ildə o Şərəf Legionu ordeni, 1916-cı ildə London Kral Cəmiyyətinin Devi medalı ilə təltif edilmişdi.

  1. 1 2 https://collections.royalsociety.org/Dserve.exe?dsqIni=Dserve.ini&dsqApp=Archive&dsqDb=Persons&dsqSearch=Code==%27NA421%27&dsqCmd=Show.tcl.
  2. Ле Шателье Анри-Луи (рус.). Информационная система "Архивы Российской академии наук".
  1. Биографии великих химиков / Перевод с нем. под редакцией Быкова Г. В.. — М.: Мир, 1981. — 320 с.
  2. Волков В. А., Вонский Е. В., Кузнецова Г. И. Выдающиеся химики мира. — М.: Высшая школа, 1991. — 656 с.
  3. Профиль Ле Шателье Анри-Луи на официальном сайте РАН
  4. Краткий очерк истории химии