Antakalnis

Antakalnis (Анто́коль, lit. Antakalnis, pol. Antokol) — Vilnüsün ən böyük və qədim rayonlarından biri. Şəhərin mərkəzindən şimal-şərqdə, Neris çayının sol sahilində yerləşir. Rayonun şərqində şam ağacları ilə örtülü Sapeqine dağı, şimalda isə Valakupya istirahət mərkəzi var. Rayon Antakalnio seniūnija daxildir və Vilnüs şəhərində böyüklüyünə görə ikinci ərazidir. (77, 2 km2, Vilnüs ərazisinin 19, 3%-i).

Antakalnis

54°45′24″ şm. e. 25°22′03″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 77,2 km²
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 47.400 nəf. (2001)
Antakalnis xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Litva əhalisinin 2001-ci ildə keçirilən siyahıya alınmasına görə Antakalnisin əhalisi 39697 nəfərdir. Milli tərkibində litvalılar (70,8%) və polyaklar (12,7%) üstünlük təşkil edir[1].

Bu ərzilərdə ilk məskunlaşma izlərini arxeoloqlar fərqli epoxalara aid edirlər. İlkin yaşayış məskəni kimi Antokol XV əsrə aid olunur. Əhali daha çox Vilniya çayının mənsəbində məskunlaşmış və tədricən mənbəyə doğru yayılmış. XVII-XVIII əsrlərdə Antokolyanın bir hissəsi bəzi nəsillərə məxsus idi. Bunlar Sapeqi, Pası, Radzivillər və s.idi. Bu ailələr ərəzidə saraylar, bağlar və parklar inşa etdirmişdilər.

XVIII əsrin ortalarında bölgədə Antakalne küçəsi formalaşdı. Bəziləri küçədə məskunlaşmaqdan boyun qaçırırdılar. Qorxurdular ki, maqnatların asılı vəziyyətə düşərlər və onların şıxsi mülkünə çevrilərlər. 1897-ci ildə Antokoledə 5700 əhali qeydə alınmışdır.

Mühəndis Pyatras Vileyşis 1907-ci ildə Avqusta Kleynanın layihəsi əsasında yeni saray inşa etmişdir. Bu sarayda ilk dəfə litva rəssamlıq sərgisi keçirilmişdir. 1932-1938-ci illərdə sarayda Litva elm cəmiyyəti və «Ritas» cəmiyyəti fəaliyyət göstərirdi. 1941-ci ildə sarayda litva dili institutu yaradıldı.

1927-ci ildə rayon ərazisində texniki məktəb tikilmiş. Sonradan politexnikum olmuş. 1945-ci ildə Respublika vərəm elmi-tədqiqat institutu faliyyətə başlamışdır.

  • Visuotinė lietuvių enciklopedija. T. I: A — Ar. Vilnius: Mokslo ir enciklopedijų leidybos institutas, 2001. ISBN 5-420-01574-9. P. 555—556.
  1. Vilniaus miesto savivaldybės gyventojai ir būstai. Statistikos departamentas. Vilnius [1]38 isbn 9955-588-78-0 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine