Antarktika pinqvini

Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü.

Antarktika pinqvini
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Antarktika pinqvini
Beynəlxalq elmi adı

Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya BuveBalleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5–7,5 milyon baş olması düşünülür.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yetkin antarktika pinqvinləri 60–70 sm, çəkiləri isə 4,5 kq[3] təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir. Pinqivinlər yuvanı təbiət daşları üzərində qurur. Dişi və erkək 35 gün ərzində yumurtaya növbəli şəkildə baxır. Balalar artıq 50–60 günlüyündə dənizə çıxır. Yetkin pinqivinlər dənizin 250 metr dərinliyinə enə bilir. Qida əldə etmək məqsədi ilə yumurta qoyduğu yerdən 1000 km uzağa üzə bilir. Əsasən kril və kiçik balıqlarla qidalanır[4].

  • 2006-cı ilin iyun-iyul ayları Rio-de-Janeyro sahillərində çoxlu sayda Antarktika pinqivini müşahidə edilmişdir[5]
  • Alimlərin fikrinə görə XXI əsrin sonlarına buzların əriməsi səbəbindən pinüivinlərin 60 % məhv ola bilər[6].
  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Life on Antarctica: Birds". 2008-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  4. "Antarktika pinqivini". 2007-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  5. "Antarktika pinqivinləri Rio-de-Janeyro sahillərində görünmüşdür". 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  6. "Projected asymmetric response of Adélie penguins to Antarctic climate change : Scientific Reports". 2016-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.