Aysberq (alm. Eisberg, "buz dağ") və ya Buzdağı[1][2] — okeanlarda üzən çox iri buz parçaları.
Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür:
Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir. Aysberqlər su cərəyanları vasitəsilə çox uzaqlara aparılır. Antraktida ətrafında aysberqlərin iki dreyf zonası var: şərqdən qərbə atmosfer sirkuliyasiyası ilə əlaqədar olan sahilyanı dreyf zonası, dayanıqlı şərq cərəyanı ilə əlaqədar şərq dreyf zonası. Şərqi Antraktidada onlarda olan şirin suyun həcmi 4165 km³-ə çatan 31 min aysberq müşahidə edilmişdir.
Coğrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |