Antikira (yun. Αντικύρα) — Yunanıstanda qədim Antikira şəhərinin şərqində kiçik dənizkənarı şəhər.[1] Dəniz səviyyəsindən 2 metr hündürlükdə, Korinf körfəzinin şimal sahilində, Distomondan 7 kilometr cənub-qərbdə, Delfidən 16 kilometr cənub-şərqdə, Levadiyadan 22 kilometr cənub-qərbdə, Navpaktdan 69 kilometr şərqdə və Afinadan 106 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Beotiya periferik vahidində Distomon-Araxova-Andikira icmasının (dim) bir hissəsidir.
İl
|
Nəfər
|
1991
|
1,843 [2]
|
2001
|
2,103 [2]
|
2011
|
1,448
|