Antikoaqulyasiya

Antikoaqulyasiya - Qanın ekstrakorporal konturda laxtalanması.[1]

HD prosesində xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub qanı laxtalandıra bilərlər. Trombun əmələ gəlməsi ekstrakorporal konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan A2 əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombin və fibrin depozitlərinin əmələ gəlməsi baş verir.[2]

Ekstrakorporal konturda qanın laxtalanmasına səbəb olan faktorlar

[redaktə | mənbəni redaktə et]
  • Qanın hərəkət sürətinin azlığı;
  • Yüksək hematokrit;
  • Yüksək ultrafi ltrasiya;
  • Damar yolunda resirkulyasiya;
  • Dializ zamanı qan yaxud onun komponentlərinin infuziyası;
  • Yağ məhlulların dializ zamanı infuziyası;
  • Hava tutucularının olması.

Ekstrakorporal konturda qanın laxtalanmasının qarşısını almağa və dializ aparmağa imkan verən heparinin təyini indi standart bir üsul sayılır. Heparin müsbət yüklənmiş, sulfatlanmış mukopolisaxarid (molekul kütləsi müxtəlifdir) olub donuzların bağırsağından və ya inəklərin ağciyərindən alınır. Heparin dövr edən antitrombin III birləşdirir və sonra I, IX, XI və XII koaqulyasiya faktorlarının serin proteazaları ilə kompleks əmələ gəlməsi səbəbindən sürətli dezaktivasiya baş verir. Heparinin yarımparçalanma müddəti 30-120 dəq-yə bərabərdir və antitrombin III, yaxud heparini neytrallaşdırmaq üçün istifadə olunmuş protamin sulfat kompleksindən azad olduqda bu dövr uzanır. Heparinin arzuolunmaz yanaşı təsirlərindən dəri qaşınması, allergiya, osteoporoz, hiperlipidemiya, trombositopeniya və qanaxmanın artmasını qeyd etmək lazımdır.

Dializ zamanı koaqulyasiyanın monitorinqi

[redaktə | mənbəni redaktə et]

Vizual müşahidə zamanı magistrallarda qan laxtasını müşahidə etmək olar. Belə laxtaların dializatora keçməsi, onun tromblaşması dializin davam etdirilməsini mümkünsüz edir. Konturun T-yə bənzər birləşmələrində laxtanın əmələ gəlməsinin qarşısını almaq üçün heparin infuziya olunmalı və periodik fi zioloji məhlulla yuyulmalıdır.[2]

Ekstrakorporeal konturda qanın laxtalanmasına səbəb olan faktorlar

[redaktə | mənbəni redaktə et]
  1. Qan cərəyan sürətinin aşağı olması;
  2. yüksək Het;
  3. yüksək UF;
  4. resirkulyasiya, damar yolunda;
  5. dializ zamanı qanın və ya qan komponentlərinin infuziyası;
  6. dializ zamanı yağ məhlullarının infuziyası;
  7. hava tutucularının olması (hava ilə ekspozisiya, köpük əmələ gəlmə, qanın turbolent hərəkəti).

Arterial və venoz təzyiqləri ölçən ötürücülərin göstəricilərinin dəyişməsi trombun lokaliza- 174 Dializ siyasından asılıdır. Arterial ötürücüdə təzyiqin yüksəlməsi arterial hava tutucusunda və ya dializatorda trombun olması hesab olunur, əgər tromb venoz hava tutucusunda yerləşirsə, onda hər iki ötürücüdə təzyiq qalxır. Venoz iynənin pis oturması və ya trombozu da venoz təzyiqin artmasına səbəb olur.

Qanın ekstrakorporeal konturda qatılaşması

[redaktə | mənbəni redaktə et]

1. çox tünd qan; 2. dializatorda qara sahələr və ya zolaqlar; 3. venoz tutucuda köpük və tromb; 4. təzyiq ötürücüləri xəttinin qanla tez dolması; 5. qanın dializatorla venoz tutucu arasında rəqsi hərəkəti; 6. dializatorun arterial ucunda laxtalar.

Dializdən sonra dializatorun vizual nəzarəti

[redaktə | mənbəni redaktə et]

Dializdən sonra dializatorda bir neçə tromblaşmış kapilyarlar aşkar edilir. Adətən, kapilyarın tromblaşmasını xarakterizə etmək üçün – əgər 10%-ə qədər kapilyarlar tromblaşıbsa – 1, 50%-dən az – 2, 50%-dən çox – 3 rəqəmi ilə qiymətləndirilir və bundan asılı olaraq gələn dializlərdə heparinin dozası dəyişdirilir.

Qan laxtalanması testləri

[redaktə | mənbəni redaktə et]

Laxtalanma üçün qan arterial magistraldan heparindən əvvəl götürülür. Qanın hissəvi tromboplastın vaxtının təyini (HTV). Bunun üçün 0,2 ml aktin FS-reagenti (trombofaks) 0,4 ml qan üzərinə əlavə edilir. Qarışıq qızdırıcıya qoyulur. 10 s.-dən sonra hər 5 s. laxtalanana qədər tərpədilir. HTV heparinin miqdarından asılıdır. Laxtalanmanın aktivləşmə vaxtı (LAV), yuxarıda qeyd olunan test kimi aparılır, amma aktivator kimi kremnium qumu götürülür. Li-Uayta görə laxtalanma müddəti. Sınaq şüşəsinə 0,4 ml qan götürülür və o, hər 30 s-dən bir laxta əmələ gələnə qədər çevrilir. Bu üsulun mənfi cəhəti təyin olunma müddətinin uzun olmasıdır. Bu üsul dializ zamanı laxtalanmanın təyin olunması üçün az istifadə olunur. Müxtəlif mərkəzlərdə qanın laxtalanma vaxtı müxtəlif olduğu üçün hər mərkəz öz normativlərini hazırlayır.[2]

  1. Ağayev M. Əliyev S. Dializ. Bakı, 2010, s. 172
  2. 1 2 3 Ağayev M. Əliyev S. Dializ, s. 172-175