İqnobel mükafatı və ya Anti-nobel mükafatı (ing. Ig Nobel Prize) —Harvard universitetində keçirilən mərasimdə verilən nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiya. Mükafat hər ilin oktyabrının əvvəlində, əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə verilir (first make people laugh, and then make them think). Mükafat Mark Abrahams və "Qeyr-iradi tədqiqatlar annalı" adlı yumoristik jurnalı tərəfindən təsis edilib.[1]