Antoksidləşdiricilər -anti-yunanca: qarşı,əksinə,əleyhinə (antioksidantlar, oksidləşmə inhibitorları) – üzvi birləşmələrin oksidləşməsini ləngidən təbii və ya sintetik, orqanizmdə sərbəst radikalları məhv edən maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.
Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır.
Oksidləşmə prosesi məhsulların xarab olmasına, polimerlərin mexaniki davamlığının azalmasına , rənginin dəyişməsinə, yanacağın qatranlaşmasına , turbin, transformator və digər sürtkü yağlarında üzvi turşu, şlam və s. əmələ gəlməsinə səbəb olur. Üzvi birləşmələrin hava oksigeni ilə oksidləşməsi zəncirvari prosesdir. Belə oksidləşmə reaksiyalarında əsas rol oynayan aktiv sərbəst radikallardır (RO2´, RO´,R͘ ). Sürtkü yağları geniş temperatur diapazonunda daima maşın və mexanizmlərin dəmir hissələri və onların aşınma məhsulları ilə kontaktda (təmasda)olduğu zaman oksidləşir və yağ komponentlərinin metal səthlərində nazik təbəqədə termooksidləşdirici çevrilmələrə uğraması müşahidə olunur. Yağ karbohidrogenlərinin oksidləşmə reaksiyası sərbəst R͘ radikallarının və RO2´ radikallarının əmələ gəlməsi ilə başlayır:
Əmələ gələn hidroperoksid molekulu asanlıqla reaksiyaqabiliyyətli radikallara parçalanır: ROOH → RO΄ + O΄H Sərbəst radikalların mövcudluğu yenidən reaksiya zəncirinin yaranmasına səbəb olur:
Oksigen karbohidrogen molekulunun C – C rabitəsi ilə deyil, C – H rabitəsi ilə reaksiyaya girdiyi üçün oksidləşmə prosesinin ilk məhsulları hidroperoksidlərdir. Yağın oksidləşməsinə təsir edən əsas faktorlar – temperatur, yağın tərkibi və onun iştismar müddətidir.
Antioksidləşdirici aşqarlar təsir mexanizminə görə 2 qrupa bölünürlər:
Birinci qrupa məxsus aşqarlar mühərrik işləyən zaman az sərf olunduğundan üstünlük təşkil edirlər. Oksidləşmə inhibitorları ilə yanaşı yağların stabilliyini artıran başqa aşqarlar –metal passivləşdiriciləri və deaktivatorlar da mövcuddur. Deaktivatorlar(Fəaliyyətsizləşdiricilər), yağda həll olan metal duzlarının katalitik təsirini, komplekslər əmələ gətirməklə azaldır və ya qarşısını alır. Passivləşdiricilər (Passivatorlar) metal səthlərində xemosorbsiya olunmuş təbəqələr əmələ gətirir ki, bu da yağları və digər neft məhsullarını metalların katalitik təsirindən qoruyur. Məsələn, metal passivləşdiricisi kimi bəzi heterotsiklik birləşmələr (Benzotriazol, 2,5-dimerkaptotiodiazol) və onun törəmələrini, disalisilaletilendiamin, salisilidenanilin və s.göstərmək olar. Antioksidləşdiricilərin çoxu eyni zamanda korroziyaya qarşı aşqar kimi funksiya daşıyaraq kiçik molekullu korroziyaedici oksidləşmə məhsullarının əmələ gəlməsinin qarşısını alır. Sürtkü yağalrının işlədiyi temperatur diapazonundan asılı olaraq antioksidləşdiricilər aşağı və yüksəktemperaturlu olmaqla 2 yerə bölünürlər. Antioksidləşdirici aşqarlar -inhibitorlar yağın oksidləşməsini dərin tutumda ləngidirlər, yüksəktemperaturlu antioksidləşdirici aşqarlar isə qızğın metal səthlərində nazik yağ təbəqəsində oksidləşməni ləngidirlər. Antioksidləşdiricilər yağlara nisbətən aşağı temperaturlarda (100.... 2000C-yə qədər), az miqdarda - 0,1%-dən 0,01%-ə qədər əlavə edilir. Bu aşqarlardan ən çox azot- və oksigentərkibli birləşmlər geniş yayılmışdır; Yüksək temperaturlu (3000C-yə qədər) antioksidləşdiricilərə isə kükürd- və fosfor olan üzvi birləşmələr aiddir. Oksidləşmə zəncirini qırılmasına meylli ən çox geniş yayılmış antioksidləşdiricilər, fəza çətinliyi olan(ekranlaşmış) fenol tipli birləşmələr və müxtəlif quruluşlu aromatik aminlərdir. Bu birləşmələr fəal olmaqla özlərində olan hidrogeni asanlıqla verərək radikalları fəaliyyətsiz hala çevirirlər. Əgər, fenollarda alkil qruplarının ikisi orto və biri para-vəziyyətdədirsə və yaxud da orto vəziyyətdə olan əvəzləyicilərin hər ikisi üçlü(məsələn,tret-butil-), para-vəziyyətdə isə birli alkil qruplarıdırsa , onların effektivliyi xeyli artır.
Antioksidləşdiricilərdən texnikada geniş istifadə olunur. Yağlı və vitaminli yeyinti məhsulları tez xarab olmasın deyə, onlara bir qədər tokoferol (E vitaminləri), qall turşusunun propil və desil efirləri və s. qatılır. Yanacağa, sürtkü yağlarına və konsistent yağlara para-oksidifenilamin, ionol, tributilfosfat, dialkilditiofosfatın sink və ya barium duzu və s. əlavə edilməsi onlarda oksidləşmə prosesinin qarşısını almağa kömək edir. Müxtəlif təyinatlı sürtkü yağlarında daha çox geniş istifadə olunan 2,6-di-tret-butil-4-metilfenollar [( Aгидол-1, ионол və 4, 4ı-metilenbis(2,6-di-tret-butilfenil)] , yuxarı temperaturlarda az uçuculuğa malik olmaqla daha çox effektlidirlər. Fenol və amin tipli antioksidləşdiricilər ən çox sənaye və energetika yağlarında tətbiq olunurlar. Motor yağlarında antioksidləşdirici təsiri ilə peroksid radikallarını dağıdan (zərərsizləşdirən) metal ditiofosfatların tətbiqi üstünlük təşkil edir.
A Vitamini: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı, kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta ən zəngin A vitamini qaynaqlarıdır.
C Vitamini: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu və albalıda var.
E Vitamini: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.
Flavonoidlər: Soğan, kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı, ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur qaynaqlarıdır.
Selenium: Tərkibində selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı olaraq taxıl məhsullarında və paxlalılarda, ət, böyrək, ürək kimi içalatlarda , balıq və dəniz məhsullarında tapılır.
Sink: ət, süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə bütün taxıl məhsulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.
Bir çox bitkilər antioksidant xüsusiyyətli olmaları ilə bizi sərbəst radikallardan və zərərlərindən qoruyur. A, C və E vitamini, beta karoten bizi qoruyan antioksidanlardan ilkincidir. Bunlardan əlavə soenzium Q-10 kimi antioksidanlar da çox tanınır.
Hər bitki mənşəli maddə zərərsiz deyildir. Bəzi bitkilər xeyri ilə bərabər, insana ziyan da verə bilər. Antioksidant xüsusiyyəti olan bitkilərə aid olan bəzi nümunələr və xüsusiyyətləri bunlardır:
Ginkgo Biloba (Məbəd ağacı): Yaddaş və zehnin güclənməsinə kömək edir. Yorğunluğu, baş gicəllənməsini və qulaq zingildəməsini azaldır. Bu bitki əsasən Çində, Yaponiyada, Koreyada geniş şəkildə yayılıb. Yaxın Şərqdə bu ağac gümüş ərik, fil qulağı, qız saçı, Çin yelpik şamı kimi tanınır. Yarpaqları bol antioksidan xüsusiyyətlidir.
Sarımsaq: Güclü antibakterial, antioksidan təsirə malikdir. Həzm sisteminə kömək edir, ürək xəstəliklərinə təsir göstərir, xalestrolu azaldır, üst tənəffüs yolu xəstəliklərinə yaxşı təsir göstərir, qan laxtalanmasının qarşısını alır, təzyiqi tarazlayır, sidikqovucudur və s.Hər gün 1-2 diş sarımsaq yemək imuniteti gücləndirər. Ona görə də xörəklərdə soğanla yanaşı 1 diş sarımsağın istifadə edilməsi məsləhətlidir.
Jenşen otu: Stressə, yorğunluğa, cinsi zəifliyə qarşı güclü təsir etmə qabiliyyətinə malikdir, qüvvətverici bir tonikdir. Qədim Çində uzunömürlülüyünün sirrini bu bitkidə axtarırdılar. Jenşen bitkisi çox xəstəliklərə. İmmuniteti gücləndirir, ağciyər, şəkər, xərçəng, böyrək və s. xəstəliklərə qarşı qoruyucu funksiya daşıyır. İnsanı cavanlaşdıran antioksidant xüsusiyyətə malikdir.
Üzüm: Damar sərtliyini, sərbəst radikalların zərərlərini önləyər, qan dövranını artırar, immuniteti gücləndirər və s. İltihab qaldırıcı təsiri vardır. Yaranın tez sağalmasını sürətləndirər. 1 kq üzümün tərkibindəki qida dəyəri 1.150 litr südə, 390 qram ətə və 1.5 kq kartofa bərabərdir. Üzüm xərçəngə, dərinin qocalmasına, ürək-damar xəstəliklərinə qarşı yaxşı təsir göstərir. Kalori dəyəri yüksək olan üzüm kalsium, kalium, natrium və dəmirlə zəngin olduğu kimi, A, B1, B2, və C vitaminləri ilə də əhəmiyyətli bir qida qaynağıdır. Bir sözlə, üzümün faydalarını saymaqla bitməz.
Soya paxlası (lobya): Xolestrolun miqdarını tənzimləyir, zərərli xolestrolun qarşısını alır, ürək xəstəliklərinə, infarkt, xərçəng və xroniki xəstəliklərə qarşı yaxşı təsir göstərir. Menopoz (qadınlarda menstruasiya prosesinin erkən başa çatması) və osteoporaz (sümük əriməsi) xəstəliklərinin müalicəsində əvəzedilməz təsirə malikdir.
Çay: Güclü antioksidan təsirə malik olan bu bitkinin sağlamlığa demək olar ki, ziyanı çox azdır. Çayın xolesterol səviyyəsini aşağı saldığı mütəxəssislər tərəfindən təsdiqlənmişdir. Susuzluğu yox edir, qaraciyəri təmizləyir və təzələyir, diş çürüklərinin qarşısını alır, yorğunluğu götürür, sakitləşdirici təsirə malikdir. Ürək-qan-damar xəstəliklərinin qarşısını alır, ürəyi gücləndirir, asmanın qarşısını alır. C və E vitamini ilə karoten maddəsi sayəsində qan xərçənginə qarşı immuniteti artırır, sonsuzluğun qarşısını alır. Tərkibində olan antioksidant təsir orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir və ağciyər, mədə, bağırsaqda xərçəngin, gözdə kataraktanın yaranmasının qarşısını alır. Çay həm də antibakterial təsirə malikdir. Yaşıl çayın tərkibində daha çox antioksidan maddələr vardır.
Soğan, kəvər, kərəviz, kələm fəsiləsi də antioksidan xüsusiyyətə malikdir. Xərçəngə qarşı güclü təsirə malikdir.
Qara qarağat, quşüzümü, çiyələk, moruq, nar, böyürtkən də güclü antioksidant təsiri vardır. İmmuniteti gücləndirir, göz xəstəliklərinə qarşı istifadə edilir.
Pomidor, ərik, qreyfrut,qarpız çox güclü bir antioksidant olan likopen baxımından zəngindirlər. Likopen məmə, prostat xərçəngi kimi bəzi xərçəng növlərinin riskini azaldır. Orqanizmi ürək-damar sistemi xəstəliklərinə qarşı qoruyur.
Sitrus bitkiləri: Limonen, fenolik turşusu kimi antioksidantları özündə birləşdirirlir. Dəri, məmə və ağciyər xərçəngləri başda olmaqla, xərçəng riskini azaldar. C vitamini qaynağı olduqlarından dərinin elastikliyini qoruyar. Orqanizmdə dəmir kimi bəzi qida elementlərinin sorulmasına kömək edər.
Yabani ənginar: Ənginar bitkisi ən çox Türkiyə, İtaliya, Fransa, İspaniya, ümumilikdə Cənubi Avropa və Ağ dəniz hövzəsindəki ölkələrdə yetişdirilir. Azərbaycanda isə əkin ənginarı, əkin artişoku, tikanlı ənginar adlandırılan növü yetişdirilir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilib. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar. Ənginardan xroniki qaraciyər iltihabı, qaraciyərin yağlanmasının qarşısını almaq üçün istifadə edirlər. Ənginar bitkisi ödün fəlaiyyətini tənzimləyir və öd şirəsinin bağırsağa ifraz edilməsinə, yayılmasına kömək edir.