Antiqona ( q.yun. Ἀντιγόνη ) — qədim yunan mifologiyasında personaj. Fessaliya Ftiotida padşahı Evrition onu Peleyə həyat yoldaşı kimi verilmiş və o, eyni zamanda padşahlığın üçüncü hissəsini almışdır.[3][4] Kalidon ovu zamanı Peley təsadüfən Evritionu qətlə yetirmiş və Fessaliyadan qaçmağa məcbur olmuşdur. İolk padşahı Akast Peleyi qətlin çirkabından təmizləmişdir. Sonuncunun həyat yoldaşı Astidamiya Peleyə ehtirasla alovlanmış və rədd edilərək onu zorla ona təcavüz etməkdə günahlandırmışdır.[3][5] Antiqona ümidsizlikdən özünü asmışdır. Peley daha sonra İolku fəth etmiş, Akastı və onun həyat yoldaşını edam etməklə qisas almışdır.[3][6]
Antiqona | |
---|---|
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | qadın[d] |
Atası | Evrition (arqonavt)[1][2] |
Əri |