Anton Muxlinski

Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808 - 1877)—polyak Rusiya türkoloqu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836-1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849-1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə «Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich» elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş «Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar» adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir.

Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]